Əziz Əliyev adına Naxçıvan MR Uşaq Xəstəxanasında Təcili Tibbi Yardım Bölməsi yenidən qurulub
28.06.2024 09:56
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasında Təcili Tibbi Yardım Bölməsi yenidən qurulub.
Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən məlumata görə, bölmə funksional çarpayılar, xəstəbaşı monitorlar, infuzomatlar və perfuziya aparatları ilə təmin edilib. Bölmədə xəstələrin yaşıl, sarı və qırmızı sahələr üzrə triaj sistemi tətbiq edilir.
Məqsəd Təcili Tibbi Yardım Bölməsində xəstələrin vəziyyətlərinin ağırlıq dərəcələrinə görə çeşidlənməsinin, onlara sürətli, effektiv və keyfiyyətli tibbi yardımın göstərilməsinin təmin edilməsidir.
Triaj (tibbi çeşidləmə)- çox sayda xəstə və yaralının olduğu hallarda, təcililik, təxirəsalınmazlıq və ağırlıq dərəcələrinə uyğun olaraq, müalicə və köçürülmə üçün pasiyentlərin prioritet növbəsini müəyyən etmək məqsədilə aparılan sürətli seçmə və kodlama prosesidir.
TTYB-nin işi pasiyentin qəbulu ilə başlayaraq aşağıdakı mərhələlər üzrə icra olunur:
Xəstənin pasport məlumatlarının toplanılması;
Triaj mərhələsi;
Müayinə;
Təyinat;
Tibbi bacısının müşahidə qeydləri;
Xəstənin vəziyyətinin dinamikasının qiymətləndirilməsi;
Konsultasiya;
Çıxış qeydləri/Nəticə;
Göstəriş/Sonrakı müalicə və müayinəyə dair verilmiş məsləhət.
Triaj zamanı rəng kodlaması:
Xəstələr qırmızı, sarı və yaşıl sahələr üzrə çeşidlənir və daha sonra xəstəyə müvafiq rəngə uyğun Təcili Tibbi Yardım sahəsində Yardım göstərilir.
Qırmızı(təxirəsalınmaz)-qırmızı kodlu xəstələrə 10 dəqiqə ərzində qırmızı sahədə təxirəsalınmaz tibbi yardım göstərilir, daha sonra onlar müvafiq şöbəyə köçürülürlər.
Sarı(təcili)-sarı kodlu xəstələrə 60 dəqiqədən gec olmayaraq sarı sahədə tibbi yardım göstərilir daha sonra onlar 8 saatdan çox olmayaraq müşahidə altında saxlanılır. Daha çox müşahidə altında saxlanılmalı olan, yaxud stasionar xidmətə ehtiyyacı olan xəstələr müvafiq şöbələrə köçürülürlər.
Yaşıl(təcili olmayan)-yaşıl kodlu xəstələrə 1-4 saat ərzində yaşıl sahədə xidmət göstərilir, daha sonra onlara ambulator və ya stasionar müalicə almalarına dair tövsiyələr verilir.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

