Siyəzən RMX-nın Tibbi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
29.06.2024 13:22

Siyəzən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Tibbi Şurasının iyun ayı üçün nəzərdə tutulan iclası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, Tibbi Şuranın iclasına başlamazdan öncə 27.06.2024-cü il tarixdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən geniştərkibli müşavirənin nəticələri direktor Nərgiz Əliyeva və baş həkim Taleh Xankişiyev tərəfindən müəssisə əməkdaşlarına çatdırılıb.

 

Həmçinin ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə xüsusi tapşırıqlar verilib.

 

Daha sonra Tibbi Şuranın iclasına keçid edilib, ayrı-ayrı şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, gündəlikdə duran məsələlər müzakirə olunub.

 

İclasda Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat alan həkim cərrah, tibb üzrə fəlsəfə doktoru Əliyev Mahir Səfər oğlu çıxış edərək müəssisə əməkdaşlarına peşə fəaliyyəti haqqında ətraflı məlumat verib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır