ATU əməkdaşının iştirak etdiyi beynəlxalq miqyaslı tədqiqatın nəticələri dərc olunub
26.06.2024 10:39

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Taryel Ömərovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu beynəlxalq yayım şəbəkələrində dərc olunub.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, nəşr edilən "Global 30-Day Morbidity and Mortality of Primary Bariatric Surgery Combined with Another Procedure" protokol məqaləsi üzərində 2 il ərzində 162 cərrah birgə işləyib. Müəlliflər 32 dövlətdən olan 75 böyük elmi mərkəzi təmsil ediblər. Bunlar arasında Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyi də olub.

 

Qeyd edək ki, T.Ömərovun elmi məqalələri, 2010-cu ildən etibarən Springer, Elcevier, Nature beynəlxalq yayım şəbəkələrində dərc olunmaqdadır. Lakin beynəlxalq elmi işçi qruplarının, multidissiplinar çoxmərkəzli tədqiqatların aparılmasına 2017-ci ildən etibatən start verilib. Yuxarıda qeyd edilən tədqiqat isə azərbaycanlı tibb mütəxəssislərinin elm sahəsində növbəti uğurudur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib