Qan təzyiqi yeməkdən əvvəl, sakit bir şəraitdə ölçülməlidir
13.06.2024 09:32
Hüceyrələrin qidalanması və enerji istehsal edə bilməsi üçün lazım olan maddələr və oksigen qan yolu ilə çatdırılır, əmələ gələn lazımsız mübadilə məhsulları və karbondioksid yenə də qan vasitəsilə hüceyrədən daşınır. Ürək bir pompa (nasos) rolunu oynayır: ağciyərlərdən gələn “təmiz“ qanı arteriyalar vasitəsilə bütün vücuda pompalayır və “kirli“ qanı venalar vasitəsilə ağciyərlərə çatdırır.
 
Bu barədə Aztibb.az-a məlumat verən ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, hər bir ürək atımında ürək əvvəlcə qanı pompalamaq üçün yığılır, sonra qanın yenə ürəyə dolması üçün “boşalır“, istirahət halına keçir. Qan pompalanan zaman aorta divarındakı ən yüksək təzyiq sistolik qan təzyiqi, istirahət halında əmələ gələn ən aşağı təzyiq isə diastolik qan təzyiqi adlanır. Optimal sistolik təzyiq 120 mm c.s.-dan, diastolik təzyiq 80 mm c.s.-dan aşağı olmalıdır.
 
Onun sözlərinə görə, yetişkin (18 yaşını keçmiş) insanda fərqli iki gündə ən az iki dəfə aparılan ölçmədə sistolik təzyiqin 140 mm c.s. və ya daha çox olması, diastolik təzyiqin isə 90 mm c.s. və ya daha çox olması hipertoniyadır.
Sistolik təzyiqi 120-139 mm c.s., diastolik təzyiqi 80-89 mm c.s. aralığında ölçülən insanlar hipertoniya xəstəliyi üçün namizəddirlər və həkim tərəfindən məsləhət görülən sağlam qidalanma, siqareti tərgitmə, idman hərəkətləri etmə, bədən çəkisi artıqdırsa arıqlama kimi bəzi tədbirləri almalıdırlar.
 
Ramil Əliyev qeyd edib ki, qan təzyiqi yeməkdən əvvəl, ən az 10 dəqiqə sakit bir şəraitdə dincəldikdən sonra ölçülməlidir. Pasiyent son yarım saat içərisində çay qəhvə içməməli, siqaret çəkməməlidir. Qolu sıxan geyim çıxarılmalıdır. Qol alt tərəfdən dəstəklənərək ürək səviyyəsində tutulmalıdır. Hər iki qoldan ən az 2 dəqiqə fasilə ilə 2 dəfə ölçmə aparılıb orta rəqəm alınmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır