Günvurma zamanı ilkin yardım tədbirləri hansılardır?
20.06.2024 09:47
Günvurma və ya istivurma uzun müddət günəş altında qaldıqda bədəndə temperaturu tənzimləyən mexanizmlərin pozulması nəticəsində meydana çıxan kliniki haldır. Yay aylarında hava temperaturunun çox yüksək olduğu günlərdə günvurma hallarının artması gözləniləndir. Ancaq hər il baş verən bu tendensiyanı müəyyən qədər azaltmaq, qabaqlayıcı tədbirlər görmək mümkündür.
Bu barədə Aztibb.az-a məlumat verən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 20 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Günel Fətəliyevanın sözlərinə görə, günvurma bütün yaş qruplarında rast gəlinir. Küləksiz günlərdə, günorta saatlarında günəş şüaları düz düşdüyündən təhlükə artır. Günvurmanın əlamətləri sırasında yüksək hərarət, şiddətli baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, ürəkdöyünmə, əzələ qıcolmaları, yuxululuq, huşun pozulması kimi halları qeyd etmək olar.
Həkim-terapevt arterial hipertenziyadan əziyyət çəkən, ürək-damar, şəkərli diabet, xroniki böyrək çatışmazlığı olan, onkoloji xəstələrin, artıq çəkisi, kaxeksiya (bədən çəkisi çox az olanlar), psixiki pozuntusu olanların, epilepsiya xəstələrinin, hamilələrin, yaşı 65-dən yuxarı yaşlıların və yaşı 5-dən aşağı uşaqların risk qrupuna daxil olduğunu da bildirib.
Qeyd edib ki, günvurma zamanı xəstəyə göstərilməli olan ilkin yardım tədbirləri bunlardır:
“Günvuran şəxsi dərhal sərin yerə aparıb, ayaqları hündür vəziyyətdə, başı yana çevirib uzatmaq, onun isti geyimlərini soyundurmaq, alın, sinə, qoltuqaltına soyuq suda isladılmış parça qoymaq, qol və baldırlarını masaj etmək, huşu aydındırsa, həmin şəxsə sərin su içirtmək, xəstəni ən yaxın tibb mərkəzinə çatdırmaq lazımdır”.
Günel Fətəliyeva bildirib ki, günvurmadan qorunmaq üçün profilaktik tədbirlərə isə mütləq əməl edilməlidir:
“Çalışın məcbur olmadıqca günorta saatlarında günəş altında çox qalmayın;
Bədəni tərlətməyən, gen, nazik və açıq rəngli paltarlar geyinin;
Günəşdən qorunmaq üçün eynək, şlyapa, çətir istifadə edin;
Günəşə çıxmazdan 30 dəqiqə əvvəl qoruyucu krem çəkin;
Gün ərzində 2,5-3 litr maye (su, ayran, mineral su) için;
Asan həzm olunan yüngül qidalardan istifadə edin;
Uzunmüddətli və çox ağır fiziki iş və idmandan uzaq olun;
İmkan olduqca tez-tez ilıq duş alın”.
Bu bölməyə aid digər xəbərlər
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

