Onkoloq: "Dəri xərçənginə 50 yaşdan yuxarı kişilərdə daha çox rast gəlinir"
08.04.2024 14:48
Dəri xərçəngi dünya üzrə ən geniş yayılmış bədxassəli şişlərdən biridir və son üç onillikdə xəstələnmə tezliyi 3 dəfə yüksəlib. Dərinin rəngindən asılı olmayaraq hər bir insan dəri xərçənginə düçar ola bilər, lakin açıq dərili, sarışın insanlarda bu risk daha yüksəkdir. Bu da açıq dərili insanlarda melanin piqmentinin səviyyəsinin aşağı olduğuna görə dərinin UVB şüalardan müdafiə qabiliyyətinin aşağı olması ilə əlaqədardır.
Bu barədə Aztibb.az-a məlumat verən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 19 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Vüsalə Tağıyeva bildirib ki, xəstəlik daha çox 50 yaşdan yuxarı kişilərdə müşahidə olunur:
“Dəri xərçənginin əmələ gəlməsində ən mühüm amil ultrabənövşəyi şüaların təsirinə məruz qalmadır. Təsadüfi deyil ki, xərçəng hallarının 90 faizi bədənin günəş şüalarının birbaşa təsirinə məruz qalan nahiyələrində, baş, boyun (alın, gicgah, qulaq eyvanı), yuxarı ətraflarda inkişaf edir. Həmçinin, ionlaşdırıcı şüalar da dəri xərçənginə səbəb ola bilər. Uzun müddətli termik təsirlər, dərinin sağalmayan yaraları, xroniki spesifik, iltihabi proseslər, yanıqdan sonrakı çapıq fonunda dəri xərçənginin əmələ gəlmə ehtimalı yüksəkdir. O cümlədən, arsen, qatran, his, boya maddələri, yağlarla, neft-kimya, duru yanacaqla işləyən peşə sahiblərində dəri xərçəngi tez-tez təsadüf edilir. Son illər İnsan Papilloma Virusunun HPV5, HPV8, HPV11, HPV16, HPV18 növlərinin müxtəlif lokalizasiyalı yastı hüceyrəli karsinomaların yaranmasında böyuk rolu haqqında bir çox məlumatlar var”.
Onun sözlərinə görə, dəri xərçəngi yerindən, səbəbindən asılı olaraq xora, düyün, ziyil şəklində görünə bilər. Çox vaxt kələ-kötür, sərt, dəri səthindən qalxan, bəzən qaşınma verən, ağrısız törəmə kimi inkişaf edir. Bəzən infeksiyanın prosesə qoşulması nəticəsində yarada qoxu olur. Ən çox regional limfa düyünlərində metastazlar əmələ gəlir. Uzaq orqanlarda metastazlar nisbətən az görünür.
V.Tağıyeva qeyd edib ki, dəri xərçənginin diaqnozu vizual müayinə ilə 90 faiz hallarda qoyula bilər. Sitoloji və histoloji müayinə vasitəsilə diaqnoz mütləq dəqiqləşdirilməlidir. Həmçinin reginar limfa düyünlərinin USM, döş qəfəsi rentgen müayinəsi aparılmalıdır. Dəri xərçənginin müalicəsində cərrahi, şüa, kimyəvi dərman müalicəsi ilə yanaşı, həmçinin, kimyaterapiya, lazer şüası ilə müalicə istifadə olunur.
"Dəri xərçənginin profilaktikası üçün əhali arasında sanitar maarifləndirmə işi aparılmalı, dəri törəmələrinə ciddi yanaşma, törəmələr böyüdükdə həkimə müraciət etmə, uzun müddət çapıqlaşmayan xora və fistulların radikal müalicəsi, ağdərili adamların uzunmüddət günəş şüalanmasından qorunması, günəşdən qoruyucu kremlərdən istifadənin vacibliyi barədə məlumat verilməlidir! Təəssüf ki, son zamanlar gənclər arasında solyaridən istifadə halları artmışdır. Bu da birbaşa UVB şüalarının təsirinə məruz qalma deməkdir. Bu barədə gənclərin məlumatlandırılması çox gərəklidir", - deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

