Ramazan sonrası necə qidalanmalı?
11.04.2024 11:49
Ramazandan sonra düzgün və sağlam qidalanmağın yolları haqqında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-terapevti Kifayət Həsənova Aztibb.az-a məlumat verib.
Həkim bildirib ki, müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramı xüsusi önəmlidir. Bayram süfrələri bol və müxtəlif çeşiddə yeməklər, şirniyyatlarla dolu olur. Bu yeməklərin bir ay boyunca dincələn orqanizmə fəsadları da çox olur.
Onun sözlərinə görə, Ramazandan sonra ən önəmli məqamlardan biri maddələr mübadiləsinin sürətlənməsidir: Çünki ramazan ayında cəmi iki dəfə qıdalandığımız üçün arada 15 saatlıq bir zaman dönəmində orqanizm qoruma mexanizmində çalışır, maddələr mübadiləsi zəifləyir: "Bəzi insanlar ramazan ayında iftar zamanı aşırı qida qəbul etməyə meyilli olurlar. Ramazandan sonra ilk rastlaşdıqları problem, artıq çəkidir. Artıq çəki insan bədənində ürək-damar, hipertoniya, insult, mədə-bağırsaq sistemi xəstəlikləri riskini artırır. Çünki, uzun müddət boş qalmış mədəni aşırı yükləyirlər”.
K.Həsənova qeyd edib ki, Ramazan süfrəsidə şirniyatın qəbulu artıq kalori və mədə-bağırsaq sistemini yükləyir. Seçim edərkən südlü, ağır şirniyyatlara üstünlük verməsinlər. Bayram süfrəsində yeyə biləcəklərindən artıq qida olmasın. Oruc tutan insanlar ilk öncə şirniyyat təklifini geri çevirməyi bacarmalıdır:
"Ramazanda iki dəfə qidalanırdılarsa, Ramazandan sonra bunu 5-6 yerə bölmək lazımdır. Yəni az-az, tez-tez qidalanmaq daha yaxşı olar. Ara yeməklərdə mütləq süd məhsulları olmalıdır. Qatıq, ayran, meyvə, az miqdarda çərəz. Bol yağda bişən yeməklərdən uzaq durmaq lazımdır. Qidaların bişirilmə yöntəmi önəmlidir. Yeməklər daha çox soyutma tipli olsa, daha məqsədəuyğun olar. Yağda qızardılmış qidalardan uzaq durmaq lazımdır”.
Həkimin fikirlərinə görə, fiziki aktivliyə xüsusi diqqət yetirməkdə fayda var. İftar gec saatlarda olduğuna görə, faktiki olaraq bədən hərəkətsiz qalır. Buna görə hər gün 30-45 dəqiqə arası tempolu yürüyüşlə, rəqslə məşğul olmaq lazımdır. Bol su qəbulu məsləhətdir. Yeməkdən yarım saat öncə və yarım saat sonra olmaq şərti ilə 8-10 stəkan su içmək lazımdır. Beləliklə də ramazandan sonrakı müddətdə maddələr mübadiləsi əvvəlki normal vəziyyətinə qayıda bilsin. Bu məsləhətlərə əməl olunduğu təqdirdə, artıq çəki almadığınız halda xəstəliklərə yaxalanma riski də azalır.
Bu bölməyə aid digər xəbərlər
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Psixoloq: Xoşbəxtliyi əzələ kimi inkişaf etdirmək mümkündür
17.10.2026 | 09:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

