Roma dövrünə aid artefaktlarda mikroplastik hissəciklər arxeoloqları təəcübləndirib
25.03.2024 10:25

York və Hull universitetlərinin britaniyalı alimləri ilk dəfə olaraq eranın 1-2-ci əsrlərinə aid arxeoloji yataqlarda mikroplastiklərin izlərini aşkar ediblər.


Aztibb.az xəbər verir ki, “Science of the Total Environment” (STE) elmi jurnalında dərc olunan araşdırma elmi ictimaiyyətdə həyəcana səbəb olub.


Komanda dərinliyi yeddi metrdən çox olan çöküntülərdə kiçik mikroplastik hissəciklər tapıb ki, bu da eramızın birinci əsrlərinə uyğundur. Nümunələr 1980-ci illərin sonlarında qazılıb və təhlil olunana qədər arxivlərdə saxlanılıb.


Mikroplastiklər, ölçüləri 1 mikrometrdən 5 millimetrə qədər dəyişən kiçik plastik fraqmentlərdir. Onlar müxtəlif mənbələrdən, o cümlədən plastik məhsulların istehsalında istifadə olunan iri plastik məhsulların və mikromuncuqların parçalanmasından əldə edilir. Bu hissəciklər 2020-ci illərin əvvəllərinə qədər, o cümlədən kosmetika sənayesində geniş istifadə edilib.


York Universitetinin Arxeologiya Departamentindən professor Con Şofild deyib: "Arxeoloji qalıqlarda mikroplastiklərin tapılması əhəmiyyətli bir inkişafdır. Əvvəllər toxunulmaz olduğu düşünülən mədəni təbəqələrin belə plastiklə çirkləndiyini görürük".


Nümunələrin tədqiqi zamanı həm müasir, həm də arxiv nümunələrində 16 müxtəlif növ mikroplastik polimerin olduğu müəyyən edilib. Bu onu göstərir ki, çirklənmə həm müasir dövrdə, həm də keçmişdə baş vermiş ola bilər.


Bu kəşflə bağlı yaranan əsas suallardan biri də arxeoloji tapıntıların təhlükəsizliyi ilə bağlıdır. York Arxeologiyasının baş icraçı direktoru David Jennings bununla bağlı fikrilərini bildirib: "Biz adətən mikroplastikləri müasir dünya ilə əlaqələndiririk, lakin araşdırmalarımız göstərir ki, onlar əsrlər boyu arxeoloji təbəqələrə sızmış ola bilər. Bu materiallar torpaq kimyasına ciddi təsir göstərərək, üzvi maddələrin qorunmasını təhdid edə bilər”.


Alimlər mikroplastiklərin arxeoloji qalıqlara təsiri ilə bağlı əlavə araşdırmalar aparmağa çağırıblar. Bu, problemin miqyasını daha yaxşı başa düşməyə və tarixi irsi plastikin potensial təsirlərindən qorumaq üçün strategiyalar hazırlamağa kömək edəcək.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev