AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi iclası keçirilib
19.03.2024 13:29

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin hibrid formada Ümumi iclası keçirilib.

 

Aztibb.az-a AMEA-dan verilən məlumata görə, bölmənin xaricdə və regionlarda çalışan üzvləri toplantıya Zoom proqramı üzərindən qoşulublar.

 

Öncə bölmənin rəhbəri, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iştirakçıları gündəliklə tanış edib.

 

Gündəlikdə duran birinci məsələ Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı” haqqında 22 yanvar 2024-cü il tarixli, 7/1 nömrəli qərarının icrası üzrə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən görülmüş və planlaşdırılan işlərin müzakirəsinə həsr edilib.

 

Akademik İradə Hüseynova bildirib ki, 1 mart 2024-cü il tarixində AMEA Rəyasət Heyəti və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda konfrans keçirilib. Konfrans Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamına və bu Sərəncamın icrası ilə bağlı AMEA-nın Tədbirlər planı” haqqında AMEA Rəyasət Heyətinin 22 yanvar 2024-cü il tarixli qərarına əsasən təşkil olunub və bu çərçivədə Akademiya tərəfindən keçirilmiş ilk tədbir olub. Konfrans, həmçinin COP 29-a hazırlığa töhfə vermək baxımından əhəmiyyət daşıyır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un bu il Azərbaycanda keçirilməsi tarixi hadisədir və alimlər üzərinə bununla bağlı mühüm vəzifələr düşür. Akademik İradə Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilk tədbirin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilməsinin təsadüfi olmadığına diqqət çəkib. Məlumdur ki, institutun yaradıcısı, fotosintez tədqiqatları sahəsində dünyanın aparıcı alimlərindən olmuş akademik Cəlal Əliyev yaşıl dünyanın qoruyucularından idi və həyatını bu elm sahəsinə həsr etmişdi.

 

Bölmənin Elmi şurasının sədri AMEA Rəyasət Heyətinin 22 yanvar 2024-cü il tarixli qərarında nəzərdə tutulan tədbirlər, dərc olunması planlaşdırılan kitablar və s. haqda geniş məlumat verib, qərarla AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzərinə düşən vəzifələrə ciddi diqqət yönəldilməsinin vacibliyini vurğulayıb. Akademik İradə Hüseynova qeyd edib ki, növbəti mərhələdə bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur ki, bunlardan da biri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Mərkəzi, AMEA və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 2024-cü ilin may ayında keçirilməsi planlaşdırılan “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans olacaqdır.

 

Daha bir tədbirin AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə 5 aprel 2024-cü il tarixində baş tutacaq “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda elmi seminar olacağına diqqət çəkən natiq iclas iştirakçılarını həmin seminara dəvət edib.

 

Elmi şuranın sədri, həmçinin bildirib ki, bu və ya digər tədbirlərin təşkili ilə yanaşı, AMEA-nın üzvlərinin yaşıl dünya problemləri ilə bağlı KİV-lərdə, ali və orta məktəblərdə, ictimaiyyət qarşısında məqalə və təqdimatlarla çıxışları məqsədəuyğundur və vacibdir.

 

Müzakirələrdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, o cümlədən akademiklər Qərib Məmmədov və Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Pənah Muradov, Sudeif İmamverdiyev, İbrahim Cəfərov, Vaqif Novruzov və başqaları iştirak ediblər və keçiriləcək tədbirlərin, həmçinin COP 29-a hazırlıq baxımından da mühüm əhəmiyyət daşıdığını bildiriblər.

 

Sonra iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2024-cü il martın 14-də keçirilmiş “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda cənab Prezidentin proqram xarakterli çıxışında yaşıl dünya və COP-29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar müddəalar müzakirə olunub və üzvlər tərəfindən yüksək dəyərləndirilib.  

 

Daha sonra AMEA Rəyasət Heyətinin “AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Andiçmə mərasimində nitqi və elm qarşısında duran vəzifələr” mövzusunda məruzəsi” haqqında 22 fevral 2024-cü il tarixli 10/1 nömrəli qərarı, Azərbaycan Milli Elmlər Akademiyasının 29 fevral 2023-cü il tarixində keçirilmiş Ümumi Yığıncağı tərəfindən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi qarşısında qoyulan vəzifələr, AMEA Rəyasət Heyətinin “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar” kitabının nəşrə hazırlanması haqqında” 22 fevral 2024-cü il tarixli, 10/4 nömrəli qərarı, Akademik Validə Tutayuqun 110 illik, AMEA-nın müxbir üzvü İvan Karyaginin 130 illik yubileyləri ilə bağlı məsələlər müzakirə olunub.

 

İclasın sonunda akademik İradə Hüseynovanın, biologiya elmləri doktorları Atabəy Cahangirov və Tofiq Allahverdiyevin, biologiya üzrə fəlsəfə doktorları Durna Əliyeva və Samirə Rüstəmovanın “Rəqəmsal və yeni genom texnologiyalarının istifadəsi ilə quraqlığa davamlı buğda genotiplərinin yaradılması və onların tətbiqi” işinin Azərbaycan Respublikası Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdim olunması haqqında Azərbaycan Respublikası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının qərarının dəstəklənməsi məsələsinə baxılıb və məsələyə yekdilliklə müsbət münasibət bildirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev