Həkim: Ateromalar bədxassəli şişə çevrilə bilirlər
18.02.2024 12:09

Ateroma dəri piy vəzisinin xoşxassəli şişidir. Xəstəliyin əsas səbəbi piy axarlarının tıxaclanmasıdır.

 

Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun bildirdiyinə görə, ateromaya dərinin ən çox piyli hissəsində rast gəlmək olur.


Ən çox üzdə, göz ətrafında, kürək və qarın, baş nahiyəsində rast gəlinir. Şiş toxuması tək və ya çoxlu miqdar yan-yana düzülmüş halda əmələ gələ bilir.


Ateromanın əmələ gəlməsində hormonal disbalansın və yağ-piy mübadiləsinin pozulmasının səbəb olduğu düşünülür. Bəzi hallarda ateroma infeksiyalaşıb, iltihablaşa bilir. Bu zaman o qızarır və ağrılı olur. Bəzi hallarda ateroma özü qopub düşə bilir, irinli iltihabi kütləyə çevrildikdə isə müalicə tələb edir.


Ateromaların ölçüsü 1-5 sm-ə qədər ola bilir. Nadir hallarda 5 sm-dən irisinə də rast gəlmək mümkün olur. Bəzi hallarda ateromalar bədxassəli şişə çevrilə bilirlər, bu zaman həkim cərrahi yolla onu kəsib götürür.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev