AQTİ-nin müasir maddi-texniki bazaya malik laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır  
14.02.2024 13:26

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanması üçün xüsusi təhlükəli xəstəliklərin çevik şəkildə laborator diaqnostikası həyata keçirilir.

 

Aztibb.az-a AQTİ-dən verilən xəbərə görə, institutun bütün ölkəni əhatə edən, müasir maddi-texniki bazaya malik laboratoriyalarında peşəkar kadrlar tərəfindən aparılan sınaqlar sayəsində respublikaya idxal olunan bitki və heyvan mənşəli qida məhsullarında bioloji təhlükələr vaxtında aşkarlanır və müvafiq tədbirlər görülür. Bundan əlavə, İnstitutun heyvan və bitki sağlamlığı sahələrində fəaliyyət göstərən səhra və səyyar laboratoriyalarının imkanlarından istifadə edilərək ölkənin ən ucqar dağ kəndlərində belə, nümunələrin yerində müayinəsi, xəstəliklərin zamanında aşkarlanması və sanitar epidemioloji vəziyyətin sabitliyinin təmin olunması mümkündür.

 

Qeyd edək ki, hazırda dünyada biotəhlükəsizliklə bağlı məsələlər daha çox əhəmiyyət kəsb edir. Belə ki, beynəlxalq ticarətdə çeşidlilik və həcmin artması, eləcə də  ekologiya və kənd təsərrüfatı təcrübələrinin dəyişməsi heyvan, bitki və onların məhsullarında mövcud olan xəstəliklərin yayılmasına, həmçinin bir regiondan digərinə ötürülməsinə əlverişli şərait yaradır. Dünyada biotəhlükəsizlik sahəsində vahid yanaşma prinsipi ölkələri öz nəzarət strategiyalarını beynəlxalq standartlar əsasında qurmağa təşviq edir. Beynəlxalq standartlar əsasında fəaliyyət göstərən laboratoriya şəbəkəsinin olması isə biotəhlükəsizliyin təmin edilməsində əvəzsiz rol oynayır. Bu baxımdan ölkəmizdə biotəhlükəsizliyin təmin olunması istiqamətində aparılmış islahatlardan ən önəmlisi özündə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığını təmin edən müasir standartlara uyğun laboratoriya şəbəkəsinin mövcud olmasıdır.

 

Onu da bildirək ki, biotəhlükəsizlik insan, heyvan və bitki sağlamlığı, eləcə də ətraf mühit üçün təhdid törədən müvafiq risklərin idarə edilməsi üçün vahid yanaşmanı əhatə edir. Bu yanaşma özündə irimiqyaslı ictimai sağlamlıq aspektlərini, qida təhlükəsizliyini, zoonoz xəstəlikləri, bitki xəstəliklərini, eləcə də zərərvericilərə məruzqalmanı, canlı orqanizmlərin modifikasiyasını və ətraf mühitin mühafizəsini ehtiva edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev