Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın materialları nəşr olunub  
13.02.2024 12:25

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransda səslənən məruzələrin tam mətnlərini əhatə edən toplu çapdan çıxıb.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 81 məruzənin tam mətni dərc olunub. Bu sırada Misir, Malayziya, Çin, Belarus və Rusiyadan 10 alimin məqaləsi də var.

 

Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məqalələr yer alıb.

 

Topluda ilk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Görkəmli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevanın 100 illiyinə ithafən” adlı məqaləsi təqdim edilir.  

 

Dərc olunan məqalələr sırasında xarici ölkələrin nümayəndələrindən çinli alimlər Çen Xunun və Ven Sümeyin “Görkəmli siyasi xadimi və Çinin qadın hərəkatının nümayəndəsi – Den İnçao”, belaruslu Sergey Telepenin “Qadın hərbi liderliyi - Roma təcrübəsi”, rusiyalı alimlərdən İqor Turitsının “Rus İnqilabı kontekstində qadın hərəkatı”, Eleonora Barkovanın “Ekofeminizm, həyatın dəyəri, müasir həyatın mənəvi və mədəni təhlükəsizliyi”, Tatarıstandan Rimma Kadımovanın “XIX əsrin sonu-XX əsrin əvvəllərində ənənəvi tatar cəmiyyətində qadınların sosial statusu haqqında”, misirli alimlərdən Abidin Uveys Yunis Məhəmmədin “İslamda qadın hüququ”,  Əmirə Əbdulhəkimin “Qadın ədəbiyyatı və ərəb cəmiyyətinin aktual məsələləri”, Malayziyadan Sad Nəclə əl-Akurinin “Müasir Yəmən qadını”, həmçinin Azərbaycan alimlərindən Salidə Şərifovanın “Leyla Əliyeva yaradıcılığının janr xüsusiyyətləri”, Elman Quliyevin “İsmayıl Qaspiralı yaradıcılığında “qadın” mövzusu”, Əfşan Şəfiyevanın “Şərq cəmiyyətində modernizmin qadınlara təsiri”, İnci Qasımlının “Türk qadınlarının cəmiyyətdəki yeri”, Vüqar Məmmədovun “Şərqşünaslıq İnstitutunun tədqiqatlarında qadın mövzusu”, Roida Rzayevanın “Müasirlik: elm və qadın”, Lalə Mikayılzadənin “Azərbaycanın fədakar qadınları”, Ələddin Məlikovun “Qadın Şərq və Qərb qovşağında” və s.-ni  qeyd etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib