ATU-nun kitab fonduna yeni monoqrafiya daxil olub  
13.02.2024 12:37

ATU-nun kitab fonduna I Cərrahi xəstəliklər kafedrasının professorları Saday Əliyev və Nuru Bayramov tərəfindən yazılmış yeni monoqrafiya əlavə edilib. “Nekrozlaşdırıcı fassiit” adı altında tərtib edilmiş bu kitab irinli-septik cərrahiyyənin aktual probleminə həsr olunub. 

 

Aztibb.az-a ATU-dan bildirilib ki, 4 fəsildən ibarət kitabda nekrozlaşdırıcı fassiitin və Frunyeqanqrenasının epidemiologiyası, etiopatogenezi, müasir diaqnostikası və müalicəsi ətraflı şərh edilib. Kitabın elmi-praktik əhəmiyyəti ondan ibarətdir ki, nəşr nekrozlaşdırıcı fassiit və Frunye qanqrenasının ənənəvi və müasir diaqnostika üsullarını (rentgenoloji, USM, KT, MRT) əks etdirən əyani materiallarla zənginləşdirilib. Geniş və müasir ədəbiyyat mənbələrinə və çoxillik şəxsi təcrübələrinə əsaslanan müəlliflər xəstəliyin diaqnostikasında və müalicəsində multidissiplinar yanaşma prinsiplərinin prioritet rolunu qeyd ediblər.

 

Eyni zamanda, monoqrafiyanın elmi-praktik keyfiyyətin əsas göstəricilərindən biri olan ədəbiyyat siyahısı və xarici müəlliflərin qeyd olunan patologiyanın müxtəlif aspektlərini əks etdirən elmi işləri ilə zənginləşdirilməsi oxucuya bu xəstəlik haqqında daha geniş məlumat almaq imkanı yaradır.

 

Professorlar S.Əliyev və N.Bayramov tərəfindən yazılmış monoqrafiya praktik həkimlər, rezidentlər, Tibb Universitetinin tələbələri üçün faydalı elmi-praktik vəsaitdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib