Dünyada 785 milyon insanın təmiz suya çıxışı yoxdur - Hər kəs üçün gigiyena!
18.01.2024 08:26

Şəxsi gigiyena fərdin təmizlik yolu ilə fiziki sağlamlığının qeydinə qalması üçün etdiyi təcrübələri əhatə edir. Şəxsi gigiyena əl, dırnaq, ayaq, saç, ağız boşluğu, anal və menstrual gigiyena kimi alt başlıqlara bölünür. Təbii ki, hər birinin əhəmiyyəti mübahisəsizdir, amma bir qadın olaraq şəxsi gigiyenada menstruasiya məsələsini qeyd etmək istərdim. Menstruasiya zamanı gigiyena qaydaları infeksiyaların qarşısını ala bilər, qoxuları azalda bilər və özünüzü zehni olaraq rahat hiss edə bilərsiniz.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, menstrual gigiyena üçün edilə biləcək təcrübələr aşağıdakılardır:

- Yüngül, nəfəs ala bilən paltar geyin.
- Menstrual məhsullarınızı mütəmadi olaraq dəyişdirin.
- Genital bölgəni təmiz saxlamaq.
- Kifayət qədər maye içmək.
- İllik müayinədən keçin.

Qidalanma, ətraf mühit və ev gigiyenası

Qidalanma gigiyenası qidaların düzgün hazırlanması, istehlak edilməsi və saxlanması deməkdir. Məhz bu səbəbdən qida təhlükəsizliyi ilə qidalanma gigiyenası arasında sıx əlaqə var. İqlim dəyişikliyi, quraqlıq, yoxsulluq və müharibənin yaratdığı ekstremal hava hadisələri kimi müxtəlif səbəblərdən qida təhlükəsizliyi riski qlobal miqyasda artır. “Dünyada Qida Təhlükəsizliyi və Qidalanma Vəziyyəti” hesabatı 2022-ci ildə 691-783 milyon insanın aclıqla üzləşdiyini açıqlayıb. Bu rəqəm dünyada yaşayan təxminən hər 10 nəfərdən birinə uyğundur.

Ətraf mühitin gigiyenası xəstəliklərin qarşısını almaq üçün təhlükəsiz yerlər yaratmaq məqsədi daşıyır. Buraya ümumiyyətlə ətraf mühitin gigiyenası, dezinfeksiya, gəmiricilərə qarşı mübarizə, dezinfeksiya və fumiqasiya fəaliyyətləri daxildir. Ətraf mühit kimyəvi tullantılarla çirklənirsə, ətraf mühitin təmizlənməsinə aidiyyatı orqanlar məsuliyyət daşıyır.

Ev gigiyenası ümumiyyətlə ev əşyalarından tutmuş yeməklərin hazırlanmasına qədər evin ümumi təmizlənməsinə aiddir. Ev gigiyena qaydalarına insanların paltarlarını, yataq dəstlərini, hamam və tualetləri təmiz saxlamaq üçün görülən bütün işlər daxildir. Bu işlərə paltarların yuyulması, tualetlərin təmizlənməsi, xalçaların yuyulması, pəncərələrin silinməsi, qabların yuyulması və səthlərdən tozların çıxarılması kimi müxtəlif fəaliyyətlər daxildir. Evini pəncə dostu ilə paylaşanların ev gigiyenasında diqqət etməli olduğu daha bir neçə şərt var:

-Tüklü dostlarınızın su və yemək qablarını təmizləmək.
-Yataqlarını tozsoranla təmizləmək, əgər varsa, oyuncaqlarını və paltarlarını yumaq.
- Yaşayış sahəsi olan evlərdə gigiyenanı təmin edərkən ekoloji cəhətdən təmiz məhsullardan istifadə etmək.


Bu məhsullar su, hava və torpağın çirklənməsinin qarşısını alaraq həm insan, həm də planet sağlamlığına töhfə verir.

Təmiz suya çıxış hər bir insanın hüququ olsa da, təəssüf ki, müxtəlif ölkələrdə müxtəlif səbəblərdən bu hüquqdan məhrum olan çoxlu sayda insan var.

Təxminən 3,6 milyard insan (dünya əhalisinin təxminən yarısı) təhlükəsiz idarə olunan sanitariya xidmətlərindən məhrumdur.

785 milyon insanın təmiz içməli suya çıxışı yoxdur. Təhlükəsiz su, kanalizasiya və əl gigiyenasına birbaşa və ya dolayısı ilə aid edilən ishal xəstəliklərindən hər gün 5 yaşınadək təxminən 1000 uşaq ölür.

UNICEF-in məlumatına görə, bəzi bölgələrdə qadınlar və qızlar hər gün təmiz su əldə etmək üçün ümumilikdə 200 milyon saat sərf edirlər. Suya çatmaq üçün sərf olunan vaxtdan əlavə, gender əsaslı zorakılıq səbəbindən qadınlar və qızlar kişilərə nisbətən su böhranından daha çox təsirlənirlər.

Mütəxəssislər xəbərdarlıq edir ki, suya çatmaq üçün uzun səfərlər qadınları və qızları təcavüzə, cinsi təcavüzə və ya istismara məruz qoyur.

Uşaqlara gigiyena qaydaları öyrədilməlidir

Ekspertlərin xəbərdarlıqlarına aşağıdakılar daxildir:

- Tualetdən istifadə etdikdən sonra və yeməyə toxunmazdan əvvəl əllər yuyulmalıdır.
- Hər hansı bir idman hərəkətindən sonra saçlar da daxil olmaqla bütün bədən yuyulmalıdır.
- Uşaq yaşlarından sabundan istifadəyə öyrəşməlidir.
- Təmizlik yalnız çirklənmə əlamətləri görünəndə edilməli olan bir təcrübə deyil. Bəzi təmizlik işləri davamlı və müntəzəm olaraq aparılmalıdır

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisinə pulsuz bilet əldə edin!