Azərbaycanlı həkimlərin məqaləsi ABŞ-ın yüksək impakt faktorlu jurnalında çap olunub
17.01.2024 09:07

TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin müdiri t.e.d Emil İskəndərov və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru t.ü.f.d. Mirələm Cəlalovun müəllifi olduqları elmi məqalə ABŞ-ın impakt faktoru 1.2357 olan "International Journal of Surgery & Surgical Techniques" jurnalında dərc olunub.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, məqalədə teletəbabətin regional xəstəxana səviyyəsində təcili abdominal cərrahi əməliyyatlar zamanı uğurlu istifadəsinin nəticələri əksini tapıb. Həmçinin teletəbabətin tətbiqi hesabına kəskin cərrahi patoloji hallarda ilkin cərrahi müdaxilə barədə də məlumat verilib.

 

Bundan başqa, regionda fəaliyyət göstərən cərrahın Bakıda yüksək ixtisaslı mütəxəssis tərəfindən konsultativ yardım alması nəticədəsində regionlarda təcili cərrahi əməliyyatlar zamanı ağırlaşmaların rast gəlmə tezliyinin və letallığın azaldılması sahəsindəki uğurlar ətraflı şərh olunub.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib