Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə dəyərli töhfə
16.01.2024 15:58

Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə həsr olunan nəfis tərtibatda kataloq və təqvim hazırlanıb.

 

Aztibb.az xəbər verir ki, Hospitalın fəaliyyətini və uğurlarını əks etdirən 102 səhifəlik kataloqun ilk səhifəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Mərkəzi Gömrük Hospitalının yaradılmasına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu ilə bağlı verdiyi Fərman və digər əhəmiyyətli tarixlərə dair məlumat yer alıb.

 

Kataloqda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun yubiley münasibətilə təbrik sözləri təqdim edilib.

 

Nəşrdə, həmçinin Mərkəzi Gömrük Hospitalının şöbələri, tibbi xidmətləri və yüksəkixtisaslı tibbi heyəti haqqında materiallar verilib, fotoşəkillər və annotasiyalar yer alıb.

 

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə dəyərli töhfə olan bu nəşr Azərbaycan səhiyyəsinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib