Cell Metabolism: Beyni manipulyasiya etməklə qocalmanı ləngitmək və sağlam ömrü uzatmaq mümkündür
17.01.2024 08:05

Nəticələri məşhur "Cell Metabolism" elmi jurnalında dərc olunan elmi araşdırmanın bir hissəsi olaraq alimlər siçanların ömrünü uzatmaq üçün üsul kəşf ediblər.

Aztibb.az “Involta media” nəşrinə istinadən xəbər verir ki, burada əsas beyin və yağ toxuması arasında siqnal mübadiləsində rol oynayan spesifik beyin hüceyrələrinin aktivləşdirilməsi olub.

Tədqiqatın əsas aspekti isə yaşlanma proseslərinin, xüsusən də hüceyrələr arasında molekulyar siqnalların ötürülməsinin pisləşməsinin öyrənilməsi idi. Elm adamları beyin və ağ yağ toxuması arasındakı qarşılıqlı əlaqəyə diqqət yetiriblər. Onlar müəyyən beyin hüceyrələrinin Ppp1r17 adlı zülal istehsal etdiyini müəyyən ediblər ki, bu da yağ hüceyrələrini fiziki fəaliyyəti saxlamaq üçün lazım olan turşuları buraxmaq üçün stimullaşdırır. Buna cavab olaraq, yağ toxuması beynə qayıdan və onu enerji ilə təmin etməyə kömək edən eNAMPT proteinini istehsal edir.

Qeyd etmək lazımdır ki, yaşlanma ilə tədricən bu qarşılıqlı əlaqə sistemi zəifləyir, bu da yağların yığılmasına və toxumaların enerji təchizatının pisləşməsinə səbəb olur.

Yeni təcrübədə tədqiqatçılar beyin və yağ toxuması arasındakı əlaqənin daim aktiv olduğu genetik cəhətdən dəyişdirilmiş siçanlar üzərində işləmişlər. Alimlər insanlara əlavə beş il aktiv həyat bəxş edə biləcəklərini müəyyən edilblər. Bundan əlavə, normal siçanların ağ piy toxumasının yaşla birlikdə sinir sisteminin kiçilməsi, dəyişdirilmiş siçanlarda isə sıx qaldığı müşahidə edilib.

Araşdırma göstərib ki, beynin müəyyən hissələrini manipulyasiya etməklə qocalma prosesini yavaşlatmaq və sağlam ömrü uzatmaq mümkündür. Bənzər bir təsirin məməlilərdə müşahidə edilməsi bu mövzunun elmi dərk edilməsinə mühüm töhfə verir. Əvvəllər belə tədqiqatlar yalnız qurdlar və meyvə milçəkləri kimi daha az mürəkkəb orqanizmlər üzərində aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev