Hamiləlik dövründə necə qidalanmaq lazımdır?
20.01.2024 12:48
Hamiləliyin ilk əlamətləri yarandığı andan qadın öz yeməyinə diqqətli yanaşmalıdır. Belə ki, yemək yeyərkən o, daima gələcək uşağını nəzərə almalıdır. Bu səbəbdən, qidanın tərkibində dölün inkişafı üçün lazım olan vitamin və mineral maddələrinin hamısı olmalıdır.
 
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Elmira Duxiyeva Aztibb.az-a bildirib ki, düzgün qidalanma hamiləliyin erkən dövründə daha vacibdir.
 
Onun sözlərinə görə, hamilələrin qida rasionunda fol turşusu, kalsium, fosfor, sink, dəmir, B, C, E vitaminləri ilə zəngin qida məhsulları mütləq olmalıdır. Artıq hamiləliyin 6-cı həftəsində uşağın skeletinin əsası qoyulur, buna görə də qidada kalsium və fosforun miqdarı yüksək olmalıdır. Məhz süd məhsullarında bu maddələrin miqdarı ideal nisbətdədir. Süddən başqa hamilənin qida rasionunda yoqurt, qatıq, xama, qaymaq və s. ola bilər.
 
Elmira Duxiyeva qeyd edib ki, 9 həftəlik hamiləlikdə qidada yarmalar, sitrus meyvələri, qara qarağat, itburnu meyvələrinə üstünlük verilməlidir. Bütün bu məhsulların tərkibində uşağın qan-damar sistemi üçün lazım olan P və C vitaminləri vardır. 10-cu həftədən etibarən ananın qidalanması əsasən qanyaranmaya kömək edən məhsullara yönəlməlidir. Bu dövrdə hamilə kəsmiyi çox yeməlidir. Kəsmik, həmçinin sümüklərin və dişlərin inkişafına müsbət təsir göstərir.
 
"Hamiləlik zamanı qidalanma əsasən fərdi xarakter daşıyır, lakin bir neçə ümumi qayda vardır ki, hamilə qadınların hər birinə uyğun gəlir. Hamilənin rasionunda yağsız ət, tərəvəz, meyvələr, kərə yağı, süd məhsulları, yarmalar, yumurta, quru meyvələr, balıq, təzə göyərti, çovdar çörəyi və s. kimi qidalar mütləq olmalıdır. Hamiləliyin pozitiv əhval-ruhiyyədə keçməsi də uşağın inkişafına müsbət təsir göstərir. Hamilə qadınlara fast-fud, qazlı içkilər, duzlu, aromatikləşdirilmiş, şirinləşdirilmiş, konservantlı qidaların istifadəsi məsləhət görülmür. Hamiləlik zamanı artıq çəki yığmaq qorxusundan yeməyi azaltmaq olmaz. Əgər ana və döl üçün təhlükəli çəki artımı olarsa,həkim-ginekoloq menyuda məhdudiyyət etməyi tövsiyə edəcək", - deyə o, bildirib.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır