Həyatın ilk 1000 günündə dilin inkişafı müəyyənləşir! Uşağın dil inkişafında nələr nəzərə alınmalıdır?
08.01.2024 10:09

Uşaq xəstəlikləri mütəxəssisi Dr. Şirin Seçkinin sözlərinə görə, uşağın birinci ilində dil inkişafı çox əhəmiyyətlidir. Körpələrin dil inkişafında evdə ailə üzvlərinin körpə ilə ünsiyyəti, ona yüksək səslə kitab oxuması, ona nağıl danışması, layla və mahnılar oxuması çox vacibdir.

Aztibb.az “Haber Türk”ə istinadən xəbər verir ki, həkimin qeyd etdiyi kimi ailə bütün günü körpə ilə danışarsa, körpənin dil inkişafı çox sürətlə inkişaf edər.

"Bunu etməsələr, körpə gec danışacaq. Sürətli müdaxilə edilməzsə, bu körpələr danışan böyüklərə çevrilə bilər. Belələ olduqda uşaq özünü yaxşı ifadə edə bilmir, sosial bacarıqları zəif inkişaf edir… Uşaqlar öz sürətlərində danışmağı öyrənirlər. Bununla belə, bəzi əlamətlər uşağın danışma bacarıqlarına bələdçi ola bilər. Mütəxəssislərin fikrincə, ilk üç il dilin inkişafı üçün böyük əhəmiyyət kəsb edir və birinci il ən kritik dövrdür”, - deyə həkim edib.

"Dilin inkişafı vacibdir, çünki beyində anlama, öyrənmə, ünsiyyət, sosial, mədəni və emosional bacarıqların inkişafı dil inkişafından asılıdır. Beyin, dilin istifadəsi ilə əlaqəli olan, həyat boyu öyrənməyə davam edən bir orqandır. Eşitmə, görmə, beyində zehni inkişaf kimi bütün qavrayış funksiyaları yaxşı inkişaf etmiş nitq mərkəzindən asılıdır. Beyindəki bu cür funksiyalar ümumiyyətlə 6 yaşa qədər qurulan yaxşı inkişaf etmiş əlaqələrdən də asılıdır.

2 yaşlı körpə 50-yə yaxın söz istifadə edə bilməlidir

“Körpə ana bətnində anasının səsini tanıyır. Doğuşdan sonra ilk səs 2-3 aylıqdan ağlamaq, hönkürmək, 5-6 aylıqdan ata, ana kimi 5-6 fərqli söz, 2 yaş civarında olduğu zaman 50-yə yaxın söz deməlidir. Tələffüz və qrammatika sözləri öyrənməklə yanaşı, dilin inkişafında mühüm rol oynayır. 2 yaşına yaxın 50 söz deyə bilməyən və ya qoşa cümlə qura bilməyən uşaqlar "gec danışan" sayılırlar”, - deyə həkim belə davam edib:

"Bu uşaqlara dərhal müdaxilə edilməlidir. Nə qədər tez nitq terapiyası başlasa, uşaq bir o qədər tez danışa bilər. Uşaq geridə qalanda bu boşluğu aradan qaldırmaq çox çətinləşir. Bu uşaqların üçdə birində dil birdən açılır və mükəmməl danışmağa başlayır. Digər üçdə birində isə ucadan oxumaq və yazmaq problemi olur. Yaxud üç yaşından sonra nitq problemi yaranır və öyrənmə çətinliyi yaşamağa başlayır.”

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub