“Ümummilli Lider Heydər Əliyev və səhiyyə” kitabı işıq üzü görüb
29.12.2023 09:38

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Ümummilli Lider Heydər Əliyev və səhiyyə” kitabı tərtib olunaraq nəşr edilib.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, kitab xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edərkən müxtəlif iclaslarda, görüşlərdə çıxışları, geniş auditoriyalar qarşısında nitqləri, habelə ünvanladığı məktublar əsasında tərtib edilib.

 

Kitab Ulu Öndərin çoxşaxəli fəaliyyətini, o cümlədən ölkəmizdə əhalinin sağlamlığının qorunması və səhiyyənin inkişafındakı parlaq fəaliyyətini təbliğ və təşviq etmək məqsədi ilə çap olunub.

 

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev kitabın giriş hissəsində Ulu Öndərin ölkəmizin səhiyyə sahəsini, o cümlədən tibb elmi və tibb təhsili sistemini xüsusi diqqət mərkəzində saxladığını vurğulayıb: “Xalqımızın böyük oğlu ölkəmizdə hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının mühafizəsi, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi”.

 

Nəşrdə Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı sərəncamı ilə 17 iyun – Azərbaycan Tibb İşçilərinin Peşə Bayramı Günü elan edildiyi bir daha diqqətə çatdırılıb. Oxuculara Ümummilli Liderin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubundan sətirlər təqdim olunub: “Əmin olduğumu bildirirəm ki, peşə andınıza sədaqət göstərərək, əhalimizin sağlamlığının qorunması naminə bundan sonra da var qüvvə ilə çalışacaq, bu mühüm işin öhdəsindən layiqincə gəlmək üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Belə məsuliyyətli və nəcib bir məqsədə yönəlmiş fəaliyyətinizdə sizə yeni-yeni uğurlar, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram“.

 

Qeyd edək ki, kitabda Ulu Öndərin tibb və səhiyyə müəssisələrinin açılışında söylədiyi nitqləri, tibb və səhiyyə işçiləri ilə görüşlər zamanı çıxışları, o cümlədən bu istiqamətdə məktubları toplanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər