Çirkli su bütün canlılar üçün ciddi təhlükədir
15.12.2023 10:30

ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası Rezidentura və magistratura şöbəsi ilə birgə ilk dəfə seminar keçirib. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Şöbə müdirinin müavini, assistent Namiq Xəlilov tədbirin moderatoru kimi seminarda müzakirəyə çıxarılan mövzunun aktuallığına diqqət çəkib və bildirib ki, gigiyena ixtisası üzrə rezident Günel Yusubovanın müraciət etdiyi mövzu da məhz günümüzün reallığıdır: “Bildiyimiz kimi, insan sağlamlığına təsir edən bir sıra risk amilləri var ki, burada içməli suyun yeri danılmazdır və onun antropogen çirklənməsi hal-hazırda dünyanın gündəmində olan qlobal problemdən biridir”.

 

İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva tələbələri məruzəni diqqətlə dinləməyə, müzakirələrdə aktiv olmağa çağırıb.

 

Universitetdə təhsil alan rezidentlərin fəallığını xüsusi qeyd edən İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva rezidentlərlə tədris-təcrübənin düzgün təşkilinə görə kafedranın dosenti Fərəh Baxışlıya təşəkkür edib. Bildirib ki, rezident və magistrantlara, eləcə də onların kurator və elmi rəhbərlərinə kafedrada rahat şərait yaradılıb və daim dəstək verilib. Bu seminarın kafedrada ilk dəfə təşkil olunduğunu vurğulayan Y.Hacıyeva gələcəkdə belə maraqlı və səmərəli tədbirlərin davamlı keçirilməsinə ümid etdiyini bildirib.

 

Daha sonra I kurs rezident G.Yusubovanın “Sağlamlıq və ətraf mühitin risk amilləri. Antropogen çirklənmiş su” adlı məruzəsi dinlənilib. Məruzəçi diqqətə çatdırıb ki, su ekosistemlərinin çirklənməsi bütün canlı orqanizmlər, xüsusən də insanlar üçün böyük təhlükə yaradır: “İnsan sağlamlığı üçün çirklənmiş suyun istifadəsi, eləcə də onunla təmasda yaranan mənfi təsirlər ya birbaşa içmə yolu ilə, ya da uzun qida zəncirləri boyunca bioloji yığılma nəticəsində baş verir. İnsan çirklənmiş su ilə təmasda olduqda, müxtəlif parazitlər dəriyə nüfuz edir və ciddi xəstəliklərə səbəb ola bilir. Müasir şəraitdə suyun bakterial çirklənməsi nəticəsində vəba, qarın yatalağı, dizenteriya və s. epidemik xəstəliklərin yayılma təhlükəsi artır”.

 

Geniş diskussiya şəraitində keçən tədbirdə mövzuya dair suallar məruzəçi tərəfindən cavablandırılıb. Kafedranın dosenti F.Baxışlı qeyd edib ki, kuratoru olduğu rezident G.Yusubova çalışqan olduğu kimi, elmə də böyük maraq göstərir.

 

Tədbirdə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müəllimləri, magistrantları, rezidentləri və İctimai səhiyyə fakültəsinin II kurs tələbələri iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev