Dünya Hemofiliya Federasiyasının "Hemofiliyanın müasir müalicəsinə dair" təlimatlarının 3-cü nəşrinin təqdimatı olub
22.11.2023 15:51
TƏBİB-in dəstəyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Yeni Klinikada Dünya Hemofiliya Federasiyasının "Hemofiliyanın müasir müalicəsinə dair" təlimatlarının 3-cü nəşrinin təqdimatı keçirilib.
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, təqdimat zamanı "Hemofiliya və digər qanın laxtalanma pozğunluğunun müasir müalicəsi" mövzusunda seminar baş tutub.
Seminarda Bakı şəhərində və regionlarda çalışan hematoloqlar, terapevtlər, təcili yardım həkimləri və digər ixtisaslı həkimlər iştirak ediblər.
Yeni Klinikanın direktoru Barat Yusubov hemofiliyanın müasir müalicəsinə dair nəşrin vacibliyini qeyd edib və seminarın iştirakçılarına uğurlar arzulayıb.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 2023-cü il ərzində Assosiasiyanın dövlət səhiyyə qurumları ilə birgə fəaliyyət və əldə edilən nəticələr barədə ətraflı məlumat verib.
Daha sonra Yeni Klinikanın həkim-hematoloqu Sevil Cəlilova təlimatın 12 fəsildən ibarət olduğunu deyib və nəşr haqqında seminar iştirakçılarını məlumatlandırıb.
Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Mina Adıgözəlova isə “Hemofiliyanın simptomatikası və müalicəsi haqqında” təqdimatla çıxış edib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, nəşr Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən Dünya Hemofiliya Federasiyasından rəsmi icazə alınaraq aparıcı mütəxəssislərlə birgə tərcümə və redaktə edilib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
Respublika Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 kateqoriyalı jurnalda dərc olunub
20.09.2026 | 15:58
ATU əməkdaşı və rezidentinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 jurnalında dərc olunub
20.09.2026 | 13:47
Repressiyalardan tibb elminin zirvəsinə
19.09.2026 | 16:30
Yaxın Şərqin ilk qadın pediatriya professoru
18.09.2026 | 10:19
Rəqəmsal tibb problemlərinə dair elmi əsərlərin xülasələr toplusu nəşr edilib
17.09.2026 | 12:14
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

