Lösemi ilə mübarizədə kök hüceyrə üsulu
11.11.2023 16:13

Xüsusilə uşaqlarda tez-tez görülən xərçəng növü olan lösemi və ya leykemiyadan müalicə üsullarından biri də kök hüceyrə transplantasiyasıdır.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, mütəxəssislərin bildiridiyinə görə, donora heç bir zərəri olmayan bu prosedurla bir çox uşaq öz sağlamlığına qovuşur. Bu səbəbdən kök hüceyrələrin bağışlanması böyük əhəmiyyət kəsb edir.


Lösemi uşaqlıq xərçənglərinin demək olar ki, üçdə birini təşkil edir. Xalq arasında "qan xərçəngi" kimi tanınan leykemiya ən çox 1-5 yaş arasında rast gəlinir.


Lösemi bir çox simptoma malikdir. Bunlardan başlıcası halsızlıq, yorğunluq, solğunluq, ürək döyüntüsü, davamlı hərarət, iştahsızlıq, çəki itkisi, tez-tez təkrarlanan infeksiyalar, limfa düyünlərində şişkinlik, dəridə gözlənilməz göyərmələr, sümük və oynaqlarda ağrı, şişlik və hərəkət məhdudiyyətləridir. Bu simptomları görən ailələr uşaqları gecikmədən həkimə aparmalıdırlar.


Lösemi erkən diaqnoz qoyularsa müalicəsində müvəffəqiyyət nisbəti yüksək olan bir xəstəlikdir. Müalicə prosesində iki üsula əməl olunur: kimyaterapiya və xəstənin vəziyyətindən asılı olaraq sümük iliyinin transplantasiyası.


Dr. Sadi Konuk və Dr. Emine Gültürk Lösemi müalicəsində təsirli bir üsul olan sümük iliyi (kök hüceyrə) transplantasiyası ilə bağlı sualları cavablandırıb.


İndi sümük iliyi transplantasiyası yerinə sadə bir prosedur olan kök hüceyrə transplantasiyasına üstünlük verilir. Dr. Gültürk bu üsulun sümük iliyi transplantasiyasından fərqini belə izah edir:


“Heç bir əməliyyat və ya prosedur olmadan sadəcə sümük iliyindən inyeksiya etməklə, böyümə faktoru adlanan üsulla kök hüceyrələrin periferik qana tökülməsini təmin edirik. Sonra qandan kök hüceyrələri toplayırıq. Yəni bu donorluq prosesi artıq xəstənin sümük iliyi deyil, kök hüceyrələri toplanaraq həyata keçirilir”.


Kök hüceyrə üsulu ilə müalicədə əvvəlcə xəstənin uyğunlaşa bildiyi qardaş və qohumları kimi xəstə yaxınları ilə işə başlanır. Gözlənilən harmoniya tapılmazsa, donorluq yolu ilə verilən kök hüceyrələr işə düşür. Başda leykemiya olmaqla bir çox xəstəliyin müalicəsində istifadə edilən bu üsul sayəsində həm uşaq, həm də böyük bir çox xəstə sağlamlıqlarına qovuşur. Buna görə də kök hüceyrələrin bağışlanması böyük əhəmiyyət kəsb edir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev