“Xərçəng teranostikası üçün karbon dot əsaslı heterodimerlər” mövzusunda onlayn elmi seminarı keçirilib
12.10.2023 11:10

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Türkiyənin Ege Universitetinin professoru, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dəvətli professoru Əziz Eftekharinin “Xərçəng teranostikası üçün karbon dot əsaslı heterodimerlər” mövzusunda onlayn elmi seminarı keçirilib.

 

Bu barədə Aztibb.az-a AMEA-dan məlumat verilib.

 

Zoom proqramı üzərindən təşkil edilmiş Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Elm və Təhsil və Səhiyyə nazirliklərinin universitetlərinin və elmi tədqiqat institutlarının alim və mütəxəssisləri qoşulublar.

 

Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, bugünkü seminarın məruzəçisi Türkiyənin Ege Universitetinin professoru Əziz Eftekharinin adı ABŞ-ın Stanford Universitetinin 2022-ci il üçün hazırladığı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq sıralamasında yer alıb. Biologiya və biotibb, xüsusən toksikologiya sahəsində tanınmış alimin H indeksi 50, İ10 indeksi 77-dir.

 

Professor Əziz Eftekhari Təbriz Tibb Elmləri Universitetini bitirib, 2016-cı ildə həmin universitetdə toksikologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

 

Əziz Eftekhari uzun illər Marağa və Təbriz Tibb Elmləri universitetlərində müxtəlif vəzifələrdə çalışıb. Son 1 ildə Türkiyədə Ege Universitetinin professoru kimi həm geniş həcmli tədqiqat işləri aparır və eyni zamanda elmi-pedaqoji fəaliyyətlə, kadr hazırlığı ilə məşğul olur, dünyanın bir sıra tanınmış universitet və elm mərkəzlərində dəvətli professor kimi fəaliyyət göstərir.

 

Əziz Eftekhari apardığı tədqiqatların əsas istiqamətləri nanomaterialların in vitro və in vivo toksikologiyası, dizaynı, sintezi, in vitro modelləşdirilməsi və təhlükənin proqnozlaşdırılması, nanomateriallar, o cümlədən karbon əsaslı materiallar, terapiya tətbiqləri və təkmilləşdirilmiş müalicə üsullarından ibarətdir.

 

Alim bir neçə milli və beynəlxalq layihənin rəhbəri və iştirakçısı, nüfuzlu elmi konfransların təşkilatçısı olub, bir neçə nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.

 

Əziz Eftekhari elmi fəaliyyəti ərzində bir sıra milli, regional və beynəlxalq təqaüd proqramlarının və mükafatların laureatı olub.

 

Sonra akademik İradə Hüseynova sözü professor Əziz Eftekhariyə verib. Məruzəçi “Xərçəng teranostikası üçün karbon dot əsaslı heterodimerlər” mövzusunda təqdimatla çıxış edib. Məruzə böyük maraqla dinlənilib. Sonra professor Əziz Eftekhari seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

 

Seminarda akademik İradə Hüseynovanın moderatorluğu ilə Türkiyə və Azərbaycanın elmi tədqiqat müəssisələri və alimləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, ortaq tədqiqat işlərinin birgə layihələrin planlaşdırılması və həyata keçirilməsi, ümumi maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub