Böyrəyini itirmək təhlükəsi olan körpəyə Pyeloplastika əməliyyatı icra edilib
19.08.2023 15:32

Vaxtından əvvəl (hamiləliyin 7-ci ayında) dünyaya gələn körpə uzun müddət reanimasiyada yaşam mübarizəsi aparıb. Bütün bunlardan əlavə, o, böyrəyini itirmək təhlükəsi ilə üzləşib.

 

İlk görüşümüzdə körpə reanimasiyadan təzə çıxmışdı və böyrəyi ciddi şəkildə böyüdüyü üçün bizə gətirmişdilər. 4-cü dərəcəli böyrəyin böyüməsinin səbəbi böyrək ləyəninin sidik kanalı ilə qovuşduğu yerdə daralma idi (ureteropelvik daralma).

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynov məlumat verib. Həkim bildirib ki, ağır anemiya ilə əlaqədar 3500 qr çəkisi olan körpəyə qan köçürülüb və böyrəyinin qorunması üçün Pyeloplastika əməliyyatı edilib.

 

Onun sözlərinə görə, böyrək ləyənindən çıxışda olan dar hissə çıxarılıb, sidik axarı böyrək ləyəninə tikilərək sidik axını təmin edilib.

 

Uzman həkim vurğulayıb ki, uğurlu əməliyyatdan sonra körpə tam sağlam şəkildə evə yola salınıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv