“İstivurma, günvurma və suda boğulmalar zamanı ilk yardım” adlı vebinar keçirilib
09.08.2023 16:40

TƏBİB-in təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təcili tibbi yardım həkimləri üçün “İstivurma, günvurma və suda boğulmalar zamanı ilk yardım” adlı vebinar keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, vebinarda İlkin səhiyyə və təcili yardım departamentinin Təcili tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Emil İskəndərov tərəfindən Respublika üzrə 2023-cü ilin iyun-iyul aylarında suda boğulma ilə əlaqədar müraciətlərin statistikası barədə iştirakçılara məlumat verilib. Məlumata əsasən, iyun-iyul aylarında suda boğulma ilə əlaqədar 42 müraciət edilib. Bu müraciətlərin böyük əksəriyyəti (23 çağırış) Bakı şəhərinin payına düşür. Belə ki, Bakı şəhərində 23 müraciətin 6-da hospitalizasiya icra edilib, 6-da yerində tibbi yardım göstərilib, 11-də isə həkimə qədər ölüm qeydə alınıb. Respublikanın digər şəhər və rayonlarında suda boğulma hallarının geniş şərhi təqdim edildikdən sonra, suda boğulmalar zamanı təcili tibbi yardımın düzgün icra edilməsinin aktuallığı vurğulanıb.

 

2 saata yaxın davam edən vebinarda ÜST-nım ekspertləri - Dr. Özgür Karcıoğlu (moderator), Dr. Atilla Rıdvan və Dr. Başak Bayram tərəfindən ən son protokollar əsasında hazırlanmış “İstivurma, günvurma və suda boğulmalar zamanı ilk yardım” ilə bağlı məruzələr təqdim edilib.

 

Sonda həkimlərin sualları cavablandırılıb və bu sahədə həkimlərə mütəmadi təlimlərin keçirilməsinin vacibliyi qeyd edilib.

 

Qeyd edək ki, vaxtında və düzgün ilk yardım göstərməklə suda boğulanı həyata qaytarmaq mümkündür. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90%-ni, 6–7 dəqiqədən sonra isə yalnız 1–3%-ni xilas etmək mümkündür. Boğulan şəxsi sudan çıxardıqdan sonra ilk tibbi yardım tədbirləri başlanmalıdır.

 

Su bərk yad cisim olmadığına görə tənəffüs yollarını tutmur. Ona görə də suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarına və mədəsinə yığılmış suyun xaric edilməsinə vaxt itirmək lazım deyil. Dərhal ürək-ağciyər reanimasiyası başlanmalı və Təcili tibbi yardım xidmətinə müraciət edilməlidir. Zərərçəkəni arxası üstə uzadıb ağızdan 2 uğurlu nəfəs vermək lazımdır. Sonra isə ürəyin qapalı masajı 1 dəqiqədə 120 təzyiq olmaqla icra edilməli və sonra yenə də 2 dəfə tənəffüs verilməlidir. Bu hərəkətlər ən az 5 dövr təkrarlanmalıdır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib