Gömrük Hospitalının rəis müavini “Diabetli pasiyentlərdə ürək çatışmazlığının menecmenti” mövzusunda təqdimatla çıxış edib
13.05.2024 12:46

Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov dəyirmi masada “Diabetli pasiyentlərdə ürək çatışmazlığının menecmenti” mövzusunda təqdimatla çıxış edib.

 

Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, Nabil Seyidov çıxışında SGLT-2 ingibitorları və GLP 1 reseptor oqanesləri olan nəsil preparatlar barədə - onların faydası, yan təsiri, hansı xəstələrdə tətbiq olunub-olunmamasına dair mövcud sübutlara arxalanan məlumatları auditoriyanın diqqətinə çatdırıb.

 

Təqdimatdan sonra mütəxəssislərin iştirakı ilə sual-cavab və müzakirələr keçirilib. İlkin olaraq Mərkəzi Gömrük Hospitalında və ümumiyyətlə gələcəkdə bu növ dərman preparatlarının hansı xəstələr qrupunda istifadəsi daha məqsədəuyğundur, hansı xəstələr qrupunda istifadəsində ehtiyatlı olmaq lazımdır, bütün bunlarla bağlı həm həkimlər, həm rezidentlər arasında fikir mübadiləsi aparılıb, gələcək üçün potensial elmi araşdırmalar üşün mövzular müəyyənləşdirilib.

 

Həmçinin ürək-damar xəstəlikləri ilə yanaşı tip-2 şəkərli diabeti olan pasiyentlərin menecmenti məsələləri, xüsusilə də yeni nəsil şəkərli diabet və ürək-damar xəstəlikləri riskinin azaldılmasına təsir edən innovativ dərman preparatlarının potensial istifadəsi müzakirə olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır