Suda boğulma profilaktikası və ilk tibbi yardım
04.08.2023 08:27

Dənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar.
Suda boğulma təsadüfi ölüm hallarından biridir.

 

Statistikaya əsasən, hər il dünyada 150 mindən çox bu növ ölüm hallarına rast gəlinir. Kişilər arasında boğulma riski qadınlarla müqayisədə 6 dəfə artıqdır. Bu, kişilərin suda daha yüksək riskli fəaliyyəti və davranışı ilə əlaqədardır.

 

Bu barədə Aztibb.az-a Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının həkim-terapevti Qasım Abdullayev məlumat verib.

 

Həkim bildirib ki, çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və digər hallar səbəb ola bilər.

 

Qasım Abdullayev qeyd edib ki, suda boğulma zamanı insan suyu udur və ağciyərlərdə ödem əmələ gəlməyə başlayır: "Əgər vaxtında tibbi yardım göstərilməsə, bu ödem də sonda ürək ağciyər çatışmazlığına səbəb olur və boğulanın ölümü ilə nəticələnə bilər.

 

Onun sözlərinə görə, belə halla qarşılaşan anda təcili tibbi yardım xidmətinə məlumat verilməli, daha sonra isə zəruri ilkin yardım göstərilməlidir: "Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir".


Terapevt bildirib ki, boğulan şəxsin huşu özünə qayıdarsa belə onu hospitalizasiya etmək lazımdır: "Göstərilən reanimasyon tədbirlər yaxşı nəticə verdikdən sonra xəstə evə buraxılır. Bəzən evdə olan zaman xəstədə ikincili boğulma deyilən hadisə baş verir. Xəstənin vəziyyəti pisləşir. Ağzından, burun dəliklərindən ifraz və ağciyər ödemi başlayır. Belə hallarda xəstə mütləq yenidən hospitalizasiya olunmalıdır".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb