İnternet əsri və texnoloji inkişaf nevroloji xəstəliklər yaradır
21.07.2023 13:53
Sürətli texnoloji inkişaf, müxtəlif sosial şəbəkələrin olması, ümumilikdə, internet əsrində yaşamağımız həddən artıq informasiya yükü yaradır. Bu tendensiya nevroloji xəstəlikləri formalaşdıran və gücləndirən əsas faktordur.
Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin 19 nömrəli Şəhər Poliklinikasının nevroloqu Yeganə Cəfərova bildirib ki, nevroloji xəstəliklər heç bir üzvi patologiya olmadan yaranan psixoloji xəstəliklərdir:
“Bunlar psixoloji, sosial, genetik və bioloji olmaqla, 4 əsas səbəbdən yaranır. Psixoloji səbəb dedikdə, uşaqlıq dövründən hazırki yaşadək ailədaxili problemlərin nəticəsi, sosial səbəb dedikdə həyati ehtiyaclarını ödəyə bilməməsi (maddi vəziyyətinin kifayət qədər olmaması və s.), bioloji səbəblər dedikdə seratonin (xoşbəxtlik) hormonunun aşağı səviyyədə olması, genetik faktorlar dedikdə isə ailə üzvlərindən birində nevroloji xəstəliyinin olması misal göstərilə bilər”.
Mütəxəssis nevroloji patologiyaları ən "hiyləgər" xəstəliklərdən biri hesab edir. Onun sözlərinə görə, sinir sisteminin əksər patologiyaları uzun müddət klinik şəkil göstərməyə bilər. Nevroloji xəstəliklərə istənilən yaş qrupunda rast gəlinir. Müxtəlif simptomlarla özünü göstərən nevroloji xəstəliklər zamanı böyüklərdə əsasən, kəskin qan dövranının pozğunluqları, uşaqlarda isə inkişaf mərhələlərinin ləngiməsi, nitqin, əqlin gecikməsi və s. şikayətlər üstünlük təşkil edir. Nevroloji xəstəliklərin ən çox müşahidə olunduğu ünvan isə əhalinin sıx yaşadığı böyük şəhərlərdir:
“Xəstəliklərin yaranmasını sürətləndirən amillərdən biri də böyük şəhərin davamlı inkişafıdır. Çünki inkişafın sürətli getməsilə hər kəs eyni formada ayaqlaşa bilmir. İri şəhərlərdə yaşayan vətəndaşlarda sosial və ekoloji gərginliklər daha tez yaranır. Təbii ki, bu kimi faktorlar rayon və kənd tipli yaşayış məskənlərilə, həmçinin kiçik şəhərlərlə müqayisədə böyük şəhərlərdə yaşayanlarda nevroloji xəstəliklər daha çox yarada bilir”, - deyə nevroloq bildirib.
Y.Cəfərova qeyd edib ki, müalicə prosesində effektiv nəticə almaq üçün ilk növbədə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edilməlidir ki, xəstəliyin yaranma səbəbləri dəqiq araşdırılsın və inkişafının qarşısı vaxtında alınsın:
“Əgər səbəb psixoloji travma və ya gərginlikdirsə, bu halda emosiyaların həddən artıq yüksəlməsi hesabına əmələ gələn stress yükünü minimuma endirmək lazımdır. Bunun üçün yaranma səbəbinə uyğun nevrotik preparatlardan daha çox istifadə edilməlidir. Amma bunu özbaşına etmək qəti şəkildə yolverilməzdir. Yaxşı olar ki, hər hansı nevroloji simptomları özündə hiss edən şəxs ilk növbədə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət etsin. Vaxtında müayinə və müəlicə çox önəmlidir!”
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

