Hamiləlik zamanı hansı dərmandan istifadə etmək olar?
22.06.2023 12:50

Hamiləlik dövrü qadın orqanizmində özünəməxsus dəyişikliklərlə xarakterizə olunan xüsusi bir dönəmdir. Hamiləlikdə ananın heç bir sağlamlıq problemi olmadığı hallarda belə,  bəzi vitamin və mineral qəbuluna ehtiyacı vardır. Hamilənin günlük vitamin və mineral ehtiyacı artdığına görə qəbul edilən qida maddələri artmış təlabatı kifayət qədər ödəyə bilmir, əlavə vitamin, mineral qəbuluna ehtiyac yaranır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginkoloqu Leyla Qaçaylı hamiləlikdə dərman istifadəsi mövzusunda bəhs edərkən deyib.

 

Mama-ginkoloq bildirib ki, hamiləlikdə yaranan bir sıra sağlamlıq problemlərində isə, dərmanların istifadəsi lazım gəlir, ancaq bu zaman diqqətli olmaq lazımdır. Belə ki, dərman maddələri ciftdən keçərək dölə zərər verə bilər. Bu səbəbdən hamiləlikdə  hər bir dərman maddəsi həkim tövsiyyəsi ilə qəbul olunmalıdır.

 

O, hamiləlikdə istifadə olunan vitamin və minerallar barədə məlumat verib. Bildirib ki, hamiləlik dövründə vitamin və mineral yetməzliyinin əsas səbəbləri kifayət qədər qida maddələri qəbul etməmək, zərərli vərdişlər və hamiləliyə az çəki ilə başlamaqdır:

 

"Fol turşusu - Hamiləlik dövründə qanda fol turşusunun miqdarı azalır. Fol turşusu yetməzliyi meqaloblastik anemiya və döldə anomaliyaların yaranmasına səbəb olur. Adı çəkilən vitamin  döldə sinir borusunun inkişafında xüsusi yer turur və yetməzliyi zamanı sinir borusunda defekt yaranmasına səbəb olur. Fol turşusu  hamiləliyin birinci trimestrində qəbul edilir. Hamiləliyin ilk 3 ayında istifadəsi mütləq olan tək vitamindir.

 

Leyla Qaçaylı bildirib ki, hamiləlikdə D vitamini yetməzliyi neonatal qıcolmalar, döldə sümüklərin və dişlərin qeyri-düzgün inkişafına səbəb olur. Bu vitaminin artıq dozda qəbulu isə toksikdir. D vitaminin qəbulu 12-ci həftədən etibarən başlanılır və ehtiyac olduğu halda hamiləliyin sonuna qədər istifadə olunur:

 

"B qrup vitaminlərdən B6 və B12 vitamini xüsusi əhəmiyyətə malikdir. B6 vitaminin yetməzliyi zamanı hiperemezis gravidarum – hamilənin həddən artıq qusması,  preeklampsiya və dölün sinir sistemində pozulmalara rast gəlinir.

 

B12 vitamin yetməzliyində də meqaloblastik anemiya, dölün bətndaxili ölümü və sinir sistemində pozulmalar aşkarlana bilir".

 

Onun sözlərinə görə, hamiləlik dövründə dəmir təlabatı xüsusilə 2-3-cü trimestrdə artır. Dəmir yetməzliyində anemiya, immunitet sistemində pozulmalar və vaxtından əvvəl doğum təhlükəsi artır. Anemiya (Hb<11.0g/dl) rast gəlindiyi zaman dəmir preparatına başlanılmalıdır. Həmçinin hamiləlikdə Ca ehtiyacı 33% artır. Balanslaşdırılmış qidalanma zamanı bu tələbat ödənilir. Ca yetməzliyi hallarında hipertenziya və preeklampsiya rast gəlinməsi riski artır:

 

"Hamiləlikdə yod yetməzliyi döldə  kretinizm, əqli gerilik, erkən doğum riskinin artması hallarına səbəb ola bilir. Eyni zamanda, artıq miqdarda qəbulu döldə qalxanabənzər vəzinin qeyri-düzgün böyüməsi ilə nəticələnir.

 

Omega-3 orqanizmə yalnız xaricdən qəbul edilən və mühüm əhəmiyyətli yağ turşusudur. Omega -3 istifadəsi dölün sinir sisteminin inkişafına, göz sağlamlığına anada ürək-damar sisteminə müsbət təsir göstərir. Bunlarla bərabər vaxtından əvvəl doğum və düşük riskinin azaltması müəyyənləşdirilmişdir. İstifadəsi hamiləliyin son 3 ayında ən az 250 mg tövsiyə edilir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır