Hamiləlik dövründə qan təzyiqinin yüksəlməsi ana və uşağa necə təsir edir?
21.06.2023 09:57

Hamiləlik dövründə qadın orqanizmi bir sıra fizioloji dəyişikliklərə məruz qalır. Xüsusilə feto-plasentar qan dövranının yaranması  kardiovaskulyar sistemdə  fizioloji-hemodinamik dəyişikliklərə səbəb olur. Bu hallar bəzi hamilələrdə müxtəlif patologiyaların yaranmasına səbəb ola bilir. Bu patologiyalardan biri də hestasional hipertenziyadır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rezidenti Güllüxanım Rəhimova hamiləlik dövründə qan təzyiqinin yüksəlməsinin ana və uşağa təsiri barədə məlumat verərkən deyib.

 

Onun sözlərinə görə, hamiləlik dövrü hipertenziyası hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsidir. Xroniki arterial hipertenziya isə, hamiləliyin 20-ci həftəsinə qədər mövcud olan və doğuşdan sonra davam edən hipertenziv vəziyyətdir.

 

Güllüxanım Rəhimova bildirib ki, aşağıdakı hallarda qadınlar hestasion hipertenziya riski altındadırlar: ilk dəfə ana olanlar, 18 yaşdan aşağı və ya 35 yaşdan yuxarı olan hamilələr, hamiləlikdən əvvəl yüksək qan təzyiqindən əziyyət çəkən qadınlar, piylənmə-bədən çəkisi indeksi (BÇİ ) yaşı 35-dən yuxarı hamilələr, anamnezində preeklampsiya və ya eklampsiya olan xəstələr, doğuşlar arasında interval 2 ildən az, 10 ildən çox olduqda, çoxdöllü hamiləlik, ekstragenital xəstəlikləri (hipertoniya, böyrək xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, antifosfolipid sindromu) olan hamilələr:

 

"Hestasional hipertenziyanın anaya (damardaxili laxtalanma, serebral qanaxma və s.) və dölə bağlı (vaxtından əvvəl doğuş, DBİL) ağırlaşmaları ola bilər. Yüksək  qan təzyiqi dölə gedən qan axınının azalması, bu da öz növbəsində dölə  gedən oksigen və qida maddələrinin azalması deməkdir. Nəticədə dölün inkişafının ləngiməsi və erkən doğum riskinin yüksəlməsi baş verir"

 

"Hestasional hipertenziya müalicəsi həkim nəzarətində aparılmalıdır", - deyə bildirən həkim hamilə qadınlara bol maye qəbul etməyi, açıq havada daha çox gəzməyi, stress və gərginlikdən uzaq durmağı, qida qəbulunu balanslaşdırmağı məsləhət görüb. Qeyd edib ki, bütün bu çətin olmayan qaydalara riayət etməklə, səhhətləri də yaxşı olar, dünyaya gətirəcəkləri körpə də sağlam olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır