Həftədə 30 dəqiqə telefonla danışmaq yüksək təzyiq riskini artıra bilər
06.05.2023 09:35

Araşdırmalar göstərir ki, həftədə yarım saat mobil telefonla danışmaq yüksək təzyiq riskini artıra bilər.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Daily Mail-in xəbərinə görə, Çinin Cənub Tibb Universitetindən bir qrup mütəxəssis cib telefonu ilə danışmaq və yüksək təzyiq riski arasında əlaqə olub-olmadığını araşdırıb.

 

Araşdırma çərçivəsində İngiltərədə təxminən 200 min yetkin 12 il ərzində təqib edilib.

 

Tədqiqat göstərib ki, həftədə 30 dəqiqə və ya daha çox telefondan istifadə edənlərin yüksək qan təzyiqi riski az danışanlara nisbətən 12 faiz çoxdur.

 

Qeyd olunub ki, yüksək təzyiqə tutulma riski ən yüksək olan qrup gündə bir saat müntəzəm olaraq telefonla danışan şəxslərdir.

 

Həmçinin məlum olub ki, həftədə 6 saatdan çox telefonla danışanların yüksək təzyiqə tutulma ehtimalı 5 dəqiqədən az danışanlara nisbətən 25 faiz çoxdur.

 

Tədqiqatçılar bildiriblər ki, mobil telefondan istifadə ilə yüksək qan təzyiqi arasında əlaqə qurğuların yaydığı radiotezlik enerjisinin aşağı səviyyədə olması ilə bağlı ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır