Komitə sədri: "Akademik Zərifə Əliyeva oftalmologiyanın ən çətin və az müraciət olunan sahələri üzrə tədqiqatlar aparıb"
05.04.2023 19:00

Akademik Zərifə Əliyeva görkəmli ictimai-siyasi xadim, həkim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailə Azərbaycan elminə, təhsilinə, səhiyyəyə, mədəniyyətə görkəmli mütəxəssislər bəxş edib və ailənin bu ənənələri bu gün də uğurla davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bu gün AMEA-da ademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş elmi konfrans zamanı səsləndirib.

 

Akademik Əhliman Əmiraslanov ölkəmizdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini söyləyib. Bildirib ki, belə bir mötəbər tədbirin ölkəmizin nüfuzlu mətbu orqanı olan “Azərbaycan” qəzetində geniş işıqlandırılması böyük əhəmiyyət kəsb edir.

 

Səhiyyə Komitəsinin sədri Ə.Əmiraslanov böyük şəxsiyyətlərin, alimlərin yetişməsində onların boya-başa çatdığı mühitin böyük rolu olduğunu deyərək, bu baxımdan görkəmli akademik Zərifə Əliyevanın formalaşdığı mühitin onun yaradıcılığına təsirindən söz açıb, alimin fəaliyyətinin mühüm istiqamətləri haqqında məlumat verib.

 

“Böyük alim, ictimai-siyasi xadim olmaq üçün ilk növbədə, öz sahəsinin yüksəkixtisaslı mütəxəssisi, peşəkarı olmaq zəruridir”, - deyən akademik Ə.Əmiraslanov akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elmində müstəsna xidmətləri olduğunu, böyük uğurlara imza atdığını bildirib. Vurğulayıb ki, Zərifə Əliyeva həkimlik fəaliyyətinə başladığı ilk illərdən on minlərlə insanın görmə qabiliyyətinin bərpa olunmasında əvəzsiz rolu olmuş, qlaukomanın yeni müalicə üsullarını təklif etməsi ilə minlərlə insanı bu xəstəlikdən xilas etmişdir. 

 

Akademikin sözlərinə görə, görkəmli alim Zərifə Əliyeva öz elmi fəaliyyətində oftalmologiyanın ən çətin və az müraciət olunan sahələri üzrə tədqiqatlar aparmış və əhəmiyyətli uğurlar qazanmışdır: “Zərifə xanımın həmin dövr üçün yeni sahələr olan tibbi etika və deontologiyaya dair tədqiqatları təkcə tibbə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edilmişdir. Sovet dövrünün bu sahə üzrə mütəxəssisləri də Zərifə Əliyevanın bu sahədə apardığı tədqiqatları yüksək qiymətləndirmişlər”. Ə.Əmiraslanov görkəmli alimin gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal kəşflərinə görə tibb elminin Nobel mükafatı adlandırılan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü də vurğulayıb.

 

Komitə sədri Zərifə Əliyevanın sədaqətli həyat yoldaşı, qayğıkeş ana olduğunu bildirib, alimin həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik zirvəsi olduğunu qeyd edib, onun oftalmologiya sahəsində bir elmi məktəb yaratdığını diqqətə çatdırıb. Əlavə edib ki, bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır