24 mart – Ümumdünya Vərəmlə Mübarizə Günüdür
24.03.2023 09:40

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.


Aztibb.az xəbər verir ki, 1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.


Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və s. yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik, bir qayda olaraq, dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.


Vərəmlə Mübarizə Gününün simvolu sağlam nəfəs əlaməti olan ağ çobanyastığıdır. Xəstəliklə mübarizə onun rəsmən elan edildiyi vaxtdan daha əvvəl başlanıb. XIX əsrin sonları - XX əsrin əvvəllərində ilk dəfə Cenevrədə əllərində ağ çobanyastığı tutmuş gənc oğlan və qızlar küçəyə çıxaraq vərəmli xəstələrin müalicəsi üçün ianə toplayıblar. Sonra həmin aksiyalar başqa Avropa ölkələrində də yayılmağa başlayıb və çobanyastığı çiçəklərinin satışı diqqəti cəlb edərək vərəmə qarşı mübarizə aparan təşkilatlara gəlir gətirib. 

Vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. İl ərzində vərəmə yoluxan 9 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onunla bağlı əhalinin məlumatlılığını artırmaq, qlobal vərəm epidemiyasının ləğvi və xəstəliyin müalicəsi, profilaktikası üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.

 

Bu gün ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur və əhali arasında geniş maarifləndirilmə aparılaraq bildirilir ki, vərəm çöpləri ilə hər kəs üzləşə bilər. Lakin vərəm mikobakteriyaları ilə yoluxmuş insanların xəstələnməsi mütləq deyil. Xəstəliyin inkişaf etməsi üçün immunitetin zəifləməsi, müntəzəm və düzgün olmayan qidalanma, tez-tez soyuqdəymə hallarının olması gərəkdir.

 

Müasir təbabətin köməyilə 70-80 faiz hallarda vərəmin tam müalicəsinə nail olmaq mümkündür. Müalicənin uğurlu başa çatması isə çox vaxt pasiyentin özündən asılıdır. Xəstəliyin ilk əlamətləri aşkarlanan zaman pasiyent tibbi yardıma müraciət edərsə, müalicə dövründə həkimin bütün məsləhətlərinə əməl edərsə, tam sağalma şansı böyük olar.

 

Eyni zamanda, bu gün aparılan maarifləndirilmədə o da vurğulanır ki, uşaqlara vurulan vərəm əleyhinə peyvənd (KJB) bu xəstəliyə yoluxma riskini azaldır və ən əsası, vərəm infeksiyasının digər ağır formalarının baş verməsinin qarşısını alır. Peyvəndin aparılmasına qarşı çıxan valideynlər bununla övladlarını ciddi təhlükəyə atırlar.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası