Adi yasəmən (Syringa vulgaris L.) növünün tədqiqatı aparılıb - Dendrologiya İnstitutunda 
15.02.2023 16:09

Dendrologiya İnstitutunun əməkdaşı İradə Məmmədova Adi yasəmən (Syringa vulgaris L.) növünün tədqiqatını aparıb.

 

Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.

 

Son zamanlar respublikamızda ekzotik dekorativ ağac-kol bitkilərindən istifadə etməklə yaşıllaşdırma işləri həyata keçirilir. Bunun əsаsını isə yеni pаrklаrın, хiyаbаnlаrın, istirаhət zоnаlаrının sаlınmаsı təşkil еdir. Yerli flora oduncaqlı  bitkilərin növ müxtəlifliyi ilə zəngin deyil və Azərbaycan Respublikasında yaşıllıqları yüksək dekorativ növlərlə təmin edə bilməz. Dendrologiya İnstitutu yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində, tarix boyu 1966-ci ildən introduksiya nəticəsində digər floralardan xeyli miqdarda  bitki növləri təqdim etmişdir. Müəyyən edilmişdir ki, yüksək dekorativ keyfiyyətlərə malik olan bitkilər, bir qayda olaraq, mədəni şəraitdə daha çox tələbkardırlar. Landşaft dizaynında ən çox yayılmış növlərdən biri Balkan yarımadasından olan Adi yasəməndir. Qışa qeyri-adi dözümlülüyü, çiçəkləmə gözəlliyi və yaxşı çoxaldığına görə Adi yasəmən Azərbaycanın digər bölgərində uğurla becərilir.

 

Şəhər mühitində Adi yasəmən qaz və toza qarşı davamlılıq göstərir. Yay mövsümündə yeni yasəmən yarpaqlarının səthində yaşıllaşdırmada geniş istifadə olunan qovaq və cökə ağaclarından 3 dəfə çox toz hissəcikləri saxlayır. Aparılan tədqiqatlara əsasən, Adi yasəmən 1 m² assimilyasiya səthində 0,5 q-a qədər toz adsorbsiya edir. Bitkilərin yarpaqlarında toz yığılaraq havanın rütubətinin artmasına kömək edir, bununla da müəyyən bir mikroiqlim yaradır və səs-küyü intensiv şəkildə azaldır. Bitkinin yarpaqları havadan xeyli miqdarda kükürd dioksidi, ftor birləşmələrini (1.26) udur, fitonsid xüsusiyyətlərinə malik olmaqla ekologiyanı və ətraf mühiti  zərərli təsirlərdən qoruyur.

 

Yasəmənin ətri çox incədir və sakitləşdirici təsirə malikdir. Bu bitkidən çox vaxt iltihab əleyhinə vasitə kimi istifadə edirlər. Onun qızdırma salan və ağrıkəsici keyfiyyətləri də məlumdur. Bitkinin tərkibində çox sayda faydalı maddələr vardır.Yaranın sağalmasını sürətləndirən xüsusiyyətlərinə görə yaranın üzərinə tər yasəmən çiçəyindən sarğı qoyulur.

 

Çiçəklərdən əldə edilən efir yağını ətir hazırlamaq üçün istifadə etmək olar. Yarpaqlardan yaşıl və qəhvəyi boyalar, çiçəklərdən isə yaşıl boyalar alınır.

 

Adi yasəmən (Syringa vulgaris L.) - Oleaceae Hoffmgg et. Link. Zeytunkimilər fəsiləsinə, Syringa L. cinsinə aid olan, 3-5 m hündürlüyünə çatan alçaqboylu ağac vəya  koldur. Uzunmüddətli müşahidələr zamanı müəyyən edilmişdir ki, son illərdə adi yasəmən ağacının qışa davamlılığı artmış, bitkilər daha böyük ölçülərə çatmışdır. 20-25 il əvvəl diametri 3 m-ə qədər və hündürlüyü 1,5 m-dən çox olmayan enli kol idisə, indi 3,5-5,0 m hündürlüyə qədər kollar var. Əgər əvvəllər çiçəklənməsi təxminən dörd ildə bir dəfə baş verirdisə, indi demək olar ki, hər il və kifayət qədər bol çiçək açır. Kolleksiyada adi yasəmən ağacının, eləcə də bütün digər ağac bitki növlərinin uğurlu inkişafını Azərbaycan Respublikasında iqlimin istiləşməsi ilə əlaqələndiririk.

 

Abşeron quru subtropik iqlim ilə xarakterizə olunur. Orta illik temperatur +12–15°C, qışda mütləq minimum mənfi 2–4°C, yayda maksimum temperatur +36–38°C; orta sutkalıq temperaturun 4°C-dən yuxarı keçidi martın birinci və ya ikinci ongünlüyünə təsadüf edir. Sabit orta gündəlik hava temperaturunun 0°C-dən aşağı olduğu dövr olduqca nadirdir.

 

Təcrübəmizdəki fitotron, havanın temperaturu 22°C olan qeyri-germetik biokamera və istixana üçün LED modul tipli lampalarıdır (KTL tərəfindən istehsal olunur).

 

İlk dəfə olaraq “Memmert” aparatında Adi yasəmən (Syringa vulgaris L.) bitkisinin toxumlarının cücərmə sürətinə istiliyin tətbiqi və təsiri öyrənilmişdir. Ontogenezdə bioloji xüsusiyyətlərin öyrənilməsi zamanı əldə edilmiş məlumatlar əsasında onların introduksiyası tövsiyə edilir və Abşeronda daha da geniş becərilir. S. vulgaris L. növü 1960-cı ildə Dendroloji İnstitutunda introduksiya edilmişdir.

 

Adi yasəmən toxum, kökümsov və vegetativ yolla çoxaldılır. Meyvələr qeyri-sabitdir və az miqdarda toxum verir. Tədqiqat materialı kimi 2022-ci ildə, xüsusi yasəmən fidanlığında, ana bitkinin sərbəst tozlanması nəticəsində əmələ gəlmiş toxumlardan istifadə edilmişdir. Toxumlar 3 oktyabr 2022-ci il tarixində perlit əlavə edilmiş Klasmann torf substratında, iki plastik qabda səpildi. Onlardan biri 8 °C temperaturda soyuducuya yerləşdirildi, digəri 22°C temperaturda termostata yerləşdirildi. Oktyabrın 20-də hər iki konteyner fitotrona (22 °C) qoyuldu. Kontrollar torpaqda, istixanada, təbii işıq şəraitində əkilmişdir.

 

Almaniya istehsalı olan Klasmann-Delmann torf substratı gübrəli sfaqnum torfudur:100-200mq/l N, 70-150mq/l P2O5,140-240mq/l K2O, pH-5,5-6,5-dir. Bizim təcrübəmizdə fitotronda havanın temperaturu 22°C olan qeyri-germetik biokamera və istixana üçün LED tipli lampalardan istifadə edilmişdir. Lampalar bitkilərin üstündə 40sm məsafədə yerləşdirildi. Süni işıqlandırmanın müddəti sutkada 24 saat olub, 1:3 nisbətində mavi (440nm) və qırmızı (660nm) LED-lərdən istifadə edildi.

 

İlkin cücərtilər A1 təcrübəsində 40-cı gündə, A2 təcrübəsində - orta hesabla 20 gündən sonra, kontrolda olan isə - 50-ci gün müşahidə edilmişdir. A1 və A2 təcrübələrində ilk cücərtilər göründükdən sonra iki ay ərzində toxumların kütləvi cücərməsi müşahidə edildi. A1 təcrübəsində ümumi cücərmə A2 ilə müqayisədə üç dəfə yüksəkdir.       

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Sağlam ana gələcək körpənin sağlamlığının zəmanətidir - MÜSAHİBƏ
Regionlarda peyvənddən kənarda qalan uşaqların vaksinasiyası davam etdirilir