Rəşad Mahmudov Cərrahiyyə və Əməliyyatxana Tibb Bacılarının I Konqresində iştirak edib
13.05.2024 10:24
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, DGK Tibb Xidmət İdarəsi "Elmi-Təcrübi və Tədris Mərkəzi"nin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov 9-12 May 2024-cü il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) I Konqresi, Cərrahiyyə və Əməliyyatxana Tibb Bacılarının I Konqresi və X Bakı Beynəlxalq Tibbi Treninq Günlərində iştirak edib.
 
Aztibb.az-ın xəbərinə görə, Bakıda Holidaz İnn otelində baş tutan konqresin açılışında çıxış edən millət vəkilləri, Özbəkistanın Azərbaycandakı səfiri, dövlət qurumlarının nümayəndələri, xarici və yerli qonaqlar tədbirin səhiyyəmiz üçün əhəmiyyətindən danışıb və konqresin işinə uğurlar arzulayıblar. Azərbaycan
 
Respublikası Səhiyyə Nazirliyində Davamlı Tibb Təhsili tədbiri kimi qeydiyyatdan keçmiş, 38 kreditlə dəyərləndirilmiş, 350 yerli və 150 xarici iştirakçının qatıldığı konqresdə Türkiyə, Almaniya və Özbəkistandan olan mütəxəssislərin laparoskopik və bariatrik cərrahiyyə, ginekologiya, urologiya, endoskopiya, invaziv radiologiya və tibb bacılığı üzrə maraqlı məruzələri dinlənilib. Bu məruzələrlə yanaşı, laparoskopik cərrahiyyədə ağırlaşmalar, onların korreksiyası və Azərbaycanda minimal invaziv cərrahiyyə sahəsində mütəxəssis hazırlığı problemlər mövzusunda panel diskussiyaları təşkil edilib.
 
Konqresin ən böyük özəlliklərindən biri 4 günlük canlı cərrahiyyə kursunun və ustad dərslərinin keçirilməsi olub. Canlı cərrahiyyə kursu çərçivəsində Azərbaycanın ən qabaqcıl Milli Onkologiya Mərkəzi, M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Abşeron Mərkəzi Xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, LivBonaDea Hospital, German Hospital və Kraton klinikalarında 30 xəstə üzərində canlı cərrahiyyə əməliyyatı icra edilib və çox faydalı müzakirələr təşkil olunub. Lahiyə çərçivəsində icra edilmiş bütün əməliyyat İcbari Tibbi Sığrta Agentliyi tərəfindən qarşılanıb.
 
Konqresin digər özəlliyi 200 nəfərə yaxın iştirakçı üçün 15 ixtisas üzrə tibbi treninq kursları və ustad dərslərinin də təşkili olub. Bu treninqlərdə elektrocərrahiyyə, cərrahiyyənin müxtəlif sahələrində Lazer texnologiyalarının tətbiqi, Laparoskopik anastomoz və stepler kursu, tibb bacıları üçün cərrahi vərdişlər və s. öyrədilib.
 
Azərbaycanda ilk dəfə Türkiyə Cərrahi Həmşirəliyi dərnəyinin dəstəyi ilə təşkil olunan Cərrahiyyə və Əməliyyatxana Tibb Bacılarının 1. Konqresi çərçivəsində də Azərbaycanın bütün regionlarında gələcək 100-dən çox tibb bacısı üçün maraqlı seminarlar və treninq kursları təşkil edilib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır