20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub
20.01.2023 10:20

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə gül dəstələri qoyub və ruhlarına dualar oxuyublar.

 

MBBİ-dən Aztibb.az-a bildirilib ki, daha sonra institutda anım tədbiri keçirilib. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildirib. Akademik qeyd edib ki, 33 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

 

Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi şəhidlik zirvəsinə yüksələn vətən övladlarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir”. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. AR Milli Məclisi 1994-cü ilin mart ayında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

 

Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov və Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Zərintac Rüstəmova çıxış ediblər. Qeyd olunub ki, dünyada hər bir azərbaycanlı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş Qanlı Yanvar faciəsini xatırlamalı və həmin gün canlarından keçənlərin xatirəsini yad etməlidir. Bu, millətimiz üçün çox vacibdir. Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub və bu hadisə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi yolunda atdığı ən böyük addım idi.

 

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır