SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir sağalıb
10.08.2022 15:44

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 3 milyon 672 min manat ianə toplanıb və o artıq sağlamlığına qovuşub. 

 

AZtibb.az xəbər verir ki, artıq azyaşlı SMA xəstəliyinə qalib gələrək sağlamlığına qovuşub. Ona xəstəliyin müalicəsi üçün qiyməti 2 milyon 200 min dollar olan “Zolgensma” iynəsi vurulub.

 

Amir ötən gün xeyirxah insanların ianələri əsasında SMA xəstəliyinə qalib gələn digər körpə - 2 yaşlı Adnan Mahmudla görüşüb. Bu barədə A. Tağıyevin "Instagram" səhifəsində foto paylaşılıb.

 

Qeyd edək ki, Amirin sağalması üçün ATV-də yayımlanan “Bizimləsən” verilişində kampaniya başladılmışdı. Yığılan məbləğ Azərbaycan teleməkanında bir insanın sağlamlığına qovuşması üçün toplanan ən böyük ianə hesab olunurdu.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb