İSİM-in şöbə müdiri Qazaxıstanda beynəlxalq konfransda çıxış edib
23.04.2024 09:42
Qazaxıstanın paytaxtı Astana şəhərində "Səhiyyə texnologiyalarının qiymətləndirilməsi, inkişafı və maliyyələşdirilməsi üzrə prioritetlərin müəyyən edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) Aztibb.az-a verilən xəbərə görə, konfransın keçirilməsində əsas məqsəd səhiyyə texnologiyalarının inkişafını təmin etməklə əhalinin onlara əlçatanlığını asanlaşdırmaq, müasir diaqnostika sistemini gücləndirmək, bu istiqamətdə olan mövcud problemləri müzakirə edərək ölkə təcrübələrini bölüşmək olub.
 
Konfransda Azərbaycan, Özbəkistan, Tacikistan, Türkiyə, ABŞ, Avstraliya, İtaliya, İspaniya, Polşa, Serbiya və İsveçdən gələn səhiyyə nümayəndələri iştirak ediblər.
 
İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Billurə Yusifova tədbirdə təqdimatla çıxış edərək Azərbaycanda əhalinin tibbi təminatı ilə bağlı mövcud dövlət proqramları, kilinik protokollar və sübutlara əsaslanan tibb vasitəsilə keyfiyyətin yüksəldilməsi və standartlaşdırılması barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
 
Konfransın yekun plenar iclasında səhiyyə texnologiyalarının inkişafının regional perspektivləri, daha effektiv metodlarla problemlərin həlli və çıxış yolları müzakirə edilib, təkliflər dinlənilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır