Biofizika İnstitutunda TÜBİTAK layihəsi çərçivəsində aparılmış tədqiqat işləri müzakirə olunub
26.07.2022 10:45

Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Türkiyənin İstanbul Universitetinin Fizika departamentinin əməkdaşları Prof. Dr. Aysən Özəl və Dos. Dr. Səfa Çəlik ilə görüşüb.

 

Dəyirmi masa ətrafında keçən görüşdə, həmçinin Biofizika İnstitutunun icraçı direktoru, b.e.d. Kərim Qasımov, elmi katibi, b.ü.f.d., dosent Florida Mehrəliyeva, Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının aparıcı elmi işçisi, f.r.ü.f.d. Rasim Aslanov, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri, professor Niftalı Qocayev, Biofizika şöbəsinin aparıcı elmi işçisi Ülkər Ağayeva iştirak ediblər.

 

Görüşün keçirilməsində məqsəd Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmivə Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində yerinə yetirilən “Konformasiya dəyişkənliyinin və D-amin turşusu əvəzlənməsinin düyü kəpək pentapeptidinin anti-xərçəng aktivliyinə təsirinin qiymətləndirilməsi: Anti-xərçəng dərman tapılması üçün göstərişlər” ikitərəfli layihə üzrə görülən işlərin müzakirəsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi olub.

 

Görüş zamanı layihə çərçivəsində türkiyəli alimlərlə birgə görülən işlərin icra vəziyyəti geniş müzakirə edilib və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

 

Daha sonra qonaqlar institutun laboratoriyalarını gəzib, burada prioritet istiqamətlərdə aparılan elmi tədqiqat işləri, əldə olunan nailiyyətlər barədə məlumatlandırılıblar.

 

Qeyd edək ki, müştərək proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVID-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi, eləcə də onların təsirmexanizmləri tədqiq edilib, layihə üzrə alınan mühüm nəticələr isə yüksək impakt faktorlu “Molecular Graphics and Modelling” beynəlxalq jurnalında çap olunan məqalədə öz əksini tapıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub