Mamalıq və ginekologiya sahəsində tanınmış həkim - Şamama Ələsgərova
23.04.2022 11:39

Ölkəmizdə mamalıq və ginekologiya sahəsində tanınmış həkim-mütəxəssislərdən biri də Şamama Ələsgərovadır.

 

XX əsrin sayılıb-seçilən mama-ginekoloqu, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olan Ş.Ələsgərova 1904-1977-ci illərdə yaşamışdır. O, ilk təhsilini gimnaziyada almış, daha sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur.

 

Əsasən ana və uşaqların sağlamlığının qorunması, ginekoloji xəstəliklərin müalicə və profilaktikası kimi mövzuları tədqiqat sahəsinə daxil edən Ş.Ələsgərova Azərbaycanda malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərində də fəal iştirak etmişdir.

 

O, 1945-ci ildə N.Krupskaya adlı 5 nömrəli klinik doğum evinə baş həkim təyin olunmuş və ömrünün sonuna kimi həmin vəzifəni yerinə yetirmişdir.

 

Şamama Ələsgərovanın rəhbərliyi və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində doğum evi respublikanın iri müalicə profilaktika idarəsinə çevrilmiş və keçmiş ittifaqda geniş şöhrət qazanmışdı. Həkim kadr seçiminə də xüsusi diqqət yetirirdi.

 

O, 1958-ci ildə Səhiyyə əlaçısı, 2 il sonra respublikanın Əməkdar həkimi adına layiq görülmüşdür. 1969-cu il fevralın 5-də ona xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Ş.Ələsgərova respublikada bu ada layiq görülən ilk səhiyyə işçisi idi.

 

Həkim haqqında "Pravda”, "İzvestiya”, "Komsomolskaya Pravda”, "Bakı” və digər mərkəzi orqanlarda müntəzəm olaraq məqalələr dərc edilmişdir.

 

"Şərəf nişanı” ordeni və medallarla tətlif edilmiş Ş.Ələsgərova Azərbaycanda mamalıq və ginekologiya sahəsində sayılıb-seçilən həkimlərdən olmuşdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır