COVID-19 xəstələri ilə işin təşkilinə dair VEBİNAR keçirildi - FOTOLAR
28.01.2022 12:44

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “COVID-19 xəstələri ilə işin təşkili: orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar” mövzusunda vebinar keçirildi. Vebinarda 200-dən çox tibb bacısı dinləyici qismində iştirak edirdi.

 

Aztibb.az-ın xəbərinə görə, onlayn formatda “ZOOM” platforması üzərindən həyata keçirilən tədbiri Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov açaraq vebinarın əsas etribarilə orta tibb personalı-tibb bacıları üçün nəzərdə tutulduğunu söylədi. Artıq uzun müddətdir ki, COVID-19 pandemiyasının bütün dünyanı çətinlik qarşısında qoyduğunu deyən məruzəçi xəstəliyin müalicəsində danılmaz rolu olan tibbi bacılarının mütəmadi olaraq maarifləndirilməsinin vacibliyini vurğuladı:

 

“Ümumdünya Səhiyyə Təşkilatının bildiridiyinə görə, səhiyyə sahəsində ümumi iş yükünün 50 faizi tibb bacılarının üzərinə düşür. Bu da, onların səhiyyədə xüsusi önəmini bir daha sübut edir”.

 

O, Azərbaycanda tibbi bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı görülən mühüm işlərdən danışaraq bu tədbirin həmin istiqamətdə mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi.

 

E.Məmmədov artıq 1 il yarımdır ki, Mərkəzi Gömrük Hospitalının koronavirusla mübarizə apardığını, uğurlu təcrübəyə sahib olduğunu dedi. Hospitalın rəisi tədbirin elmi faydalılığını önə çəkərək bu gün tibb bacıları üçün çox mühüm məlumatların təqdim olunacağını diqqətə çatdırdı, vebinarın işinə uğurlar arzuladı.

 

AR Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov çıxış edərək COVID-19 ilə mübarizədə Azərbaycan səhiyyəsi və hökumətinin ortaya qoyduğu əzmkarlığın təqdirəlayiq olduğunu söylədi, bu sahədə tibb bacılarının vacib rolunu vurğuladı.

 

O, Mərkəzi Gömrük Hospitalının bu virusla mübarizədə ortaya qoyduğu  uğurlu nəticələrin bütün ölkədə yüksək qiymətləndirildiyini dedi. Klinikanın tibbi personalına bu çətin və şərəfli yolda uğurlar arzuladı.

 

Həkimin sözlərinə görə, koronavirusla mübarizə bütün dünya tibbi, eləcə də Azərbaycan səhiyyəsində ani böyük virus dalğaları qarşısında necə davranmağı öyrətdi. Bildirdi ki, əsas məsələ xəstəxanalarda orta və köməkçi tibb personalının bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların fəaliyyəti ilə bağlı müzakirələrin aparılmasıdır.

 

R.Mahmudov nitqinin sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədova yaradılan şəraitə görə təşəkkürünü bildirdi.

 

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar Karantin Xidmətinin əməkdaşı Natiq Zülfüqarov yeni növ koronavirusun yaranması və yayılmasından bəhs etdi. Bildirdi ki, koronaviruslar insanlara və bəzi heyvanlara yoluxa bilən RNT-tərkibli viruslarının böyük ailəsidir. Yoluxma əsasən hava-damcı, hava və toz vasitəsilə baş verir. Yoluxma faktorlarına hava, virusla çirklənmiş ərzaq və məişət əşyaları daxildir.

 

COVID-19-un kliniki xüsusiyyətlərindən bəhs edərək inkubasion dövrünün 2-14 sutka təşkil etdiyini, kliniki simptomlara bədən temperaturunun yüksəlməsi, öskürək, təngnəfəslik, yoğunluq, sinə içində dolğunluq hissinin daxil olduğunu nəzərə çatdırdı:

 

"Məruzəçinin sözlərinə görə, reproduksiya sayı tipik olaraq 2-3 kimi qeyd edilir. Lakin 4,9-a qədər yüksək ola bilər. Əhalinin sıxlığı və təmasları sayından asılı olaraq dəyişə bilər. Omikron ştamında bu göstərici 8-ə qədər yüksələ bilir. Ehtimal ki qripdən iki dəfə çox ötürülür".

 

Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva  “COVID-19 xəstələri ilə işin təşkili: orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar” mövzusunda çıxış etdi. O, sağlıq baxımı ilə əlaqədar infeksiyalardan (SBƏİ) söz açaraq söylədi ki, SBƏİ yatışından 48 saat sonra və ya evə yazıldıqdan sonrakı 30 gün ərzində əmələ gələn infeksiyalar zamanı, xəstəxanada yatma müddəti artır, antimikrobial rezistenlik artır, ciddi maliyyə yükü yaranır.

 

Məruzəçi, həmçinin sağlıq baxımı ilə əlaqədar infeksiyaların qarşısının alınması üçün major infeksiya kontrol səyləri, izolyasiya vasitələri, cərrahi sahə infeksiyalarının qarşısının alınması üsulları barədə ətraflı məlumat verdi.

 

Mərkəzi Gömrük Hospitalının həkim-metodisti, İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov tibb işçilərinin koronavirusa yoluxması ilə bağlı məruzə etdi. Onun sözlərinə görə, xəstəxanada standartlara uyğun havalandırma sisteminin olması, xəstə otaqlarının sorucu havalandırma sisteminə malik olması vacib məsələlərdəndir:

 

“Müxtəlif ölkələrin verdiyi statistikalara görə, pandemiya xəstəxanalarında tibbi personalın yoluxma faizi 30 və hətta daha yüksək ola bilir”.

 

O, qeyd etdi ki, idarəçilik tədbirləri dedikdə, xəstəxana rəhbərliyinin çalışan tibb personalının immun sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi başa düşülür. Personala qoruyucu peyvəndlərin vurulması, personalın rotasiya sistemi ilə çalışdırılması, rostasiya və növbə sistemlərin çox uzun olmaması vacib məqamlardır.

 

Vebinarda çxış edən Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı, İnfeksiya Nəzarət Komissiyasının üzvü Gülyaz Fərəcova fərdi qoruyucu vasitələrindən (FQV) istifadə ilə bağlı biliklərini bölüşdü. Bildirdi ki, tövsiyə edilən əsas qoruyucu vasitələr əlcək, xalat, tibbi maska, üz qoruyucu, eynək, önlük, kombinezon və sairdir. Koronavirusa yoluxduğu şübhə doğuran xəstəyə birbaşa müdaxilə edən və ya xəstə ilə eyni məkanı paylaşan personal Standart Ehtiyat Tədbirlərinə əməl etməlidir.

 

O, diqqət edilməli olan vacib məqamları nəzərə çatdıraraq dedi ki, FQV-dən hər hansı biri yırtılıbsa və yaxud çox çiklənibsə dərhal dəyişdirilməlidir. Bütün personal üz nahiyəsinə toxunmamalıdır. Koronavirus xəstələri ilə çalışan tibb personalına iş vaxtı su və qida qəbulu tövsiyə olunmur.

 

Vebinar interaktiv sual-cavab sessiyaları ilə davam etdi.

 

Qeyd edək ki, proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
Qastrit və xora zamanı necə qidalanmalı?
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub