Turşular daha faydalı olması üçün bir çeşiddə hazırlanmalıdır - Mütəxəssis
27.01.2022 13:44

Qış aylarında ən sevimli ərzaqlardan biri də turşulardır. Mütəxəssislər az miqdarda yeyildikdə turşunun faydalı olduğunu bildirirlər.

 

Aztibb.az xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynovanın dediyinə görə, onu mütləq qida ilə birlikdə yemək lazımdır: “Turşuların tərkibi həddindən artıq lifli qidalarla zəngindir. Onun qidalanma zamanı istifadə olunması, ilk növbədə bağırsaqların funksiyasını yaxşılaşdırır, həzm prosesini gücləndirir və maddələr mübadiləsini yüngülləşdirir”.

 

Turşu alarkən diqqətli olmaq lazımdır. Mütəxəssis qeyd edir ki, onun qablaşdırılmış şəkildə alınması daha məqsədəuyğundur: “Harada və necə hazırlandığı bilinməyən turşular təhlükə mənbəyi ola bilər. Bəzən onun saxlanılma şərtlərinə düzgün əməl edilmir və hətta plastik qablarda saxlanılır. Bu, çox zərərlidir”.

 

Turşuların nə qədər zərərli olduğu iddia olunsa da, onun tərkibi bir sıra vitaminlərlə zəngindir: “Kalsiumla zəngin olduğu üçün turşular sümük ağrıları zamanı çox faydalıdır. Bir çox hallarda idmançılara, xüsusilə ağır atletika ilə məşğul olanlara oynaqların daha yaxşı inkişaf etməsi üçün turşu suyu içilməsi məsləhət görürlər. Kələm və zeytun turşusu daha çox xeyirlidir. Qış mövsümündə meyvə-tərəvəz az qəbul edildiyi üçün kələm turşusundan kifayət qədər C vitamini almaq olar. Zeytun turşusunun da qida dəyəri çox yüksəkdir, gündəlik istifadəsi çox faydalıdır”,- deyə M.Hüseynova bildirib.

 

Turşular şüşə qablarda saxlanılmalı, ağzı hava keçirməyən qapaqla bağlanılmalıdır. Onun hazırlanması üçün istifadə olunan tərəvəzlər qətiyyən əzik və çürük olmamalı, daha faydalı olması üçün qarışıq deyil, bir çeşiddə hazırlanmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev