"Azərbaycan-Türkiyə kistoz fibroz müzakirələri" layihəsi çərçivəsində dəyirmi masa keçirilib - FOTO
23.12.2021 09:32
18-20 dekabr 2021-ci il tarixlərində Kistoz Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin bir ildir davam etdirdiyi onlayn "Azərbaycan-Turkiyə kistoz fibroz müzakirələri" layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin Səhiyyə nazirliklərinin, tibbi qurumların, kistoz fibroz birliklərinin sədrləri, Marmara Elmi Tədqiqat Xəstəxanasının Uşaq Ağciyər Xəstəlikləri şöbəsinin professor və uzman həkimlərindən ibarət heyəti iştirak edib.
Dəyirmi masada Azərbaycanı millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin müavini Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ETMGİ YRİT şöbəsinin müdiri Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uzman pediatr-neanatoloq Erkin Rəhimov, Kistoz Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova, Elmi Tədqiqat Pediatriya İnstitutunun və kliniki xəstəxanasının həkimləri təmsil ediblər.
İki gün davam edən tədbirə Rəşad Mahmudov başçılıq edib.
Dəyirmi masanın 1-ci günündə professor Bülent Karadag Türkiyədə və Avropada standart müalicələr və yeni müalicə metodlarına dair müqayisəli şəkildə təqdimat edib.
Professor Yasemin Gökdəmir kistoz fibroz xəstəliyi, diaqnostikası, yaxın ölkələr və Türkiyədə ən geniş rast gəlinən gen mutasiyalarına dair təqdimatla çıxış edib.
Uzman uşaq pulmonoloqu Aynur Quliyeva Marmara Universiteti Kistoz Fibroz Mərkəzinin iş prinsipi, xəstəyə yanaşma və müalicə metodları haqqında məruzə edib.
Tədbirin ikinci günündə Erkin Rəhimov Kistoz Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin təsisçilərindən biri olduğu üçün birliyin yaranma zərurətindən, 4 ildə görülən işlərdən, hazırda Azərbaycanda eyni xəstəlikdən əziyyət çəkən insanların tibbi xidmət və həyatı vacib dərmanlarla təmin olunması istiqamətində atılması planlaşdırılan addımlar haqqında ətraflı məlumat verib.
Kistoz Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova kistoz fibrozun aşkarlanma tarixinin 1938-ci il olmasına baxmayaraq ölkəmizdə geniş şəkildə maariflənmə işlərinin aparılmasının Kistoz Fibroz Xəstələrinə Yardım İctimai Birliyi ilə bağlı olduğunu qeyd edib. O, bu tədbir ilə yeni bir mərhələnin başlanacağına və xəstələrin sağlam, keyfiyyətli yaşamalarına təkan verəcək addımların atılmasına səbəb olacağına əminliyini ifadə edib.
Daha sonra məruzələr ətrafına geniş müzakirələr aparılıb.
Tədbir iştirakçıları Azərbaycanda və Türkiyədə, eləcə də dünyada kistoz fibrozlu insanların, xüsusilə uşaqların xəstəliklə bağlı yaşadıqları problemlər və gələcəkdə görüləcək işlərdən bəhs ediblər. Tədbirdə ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən insanların gələcək taleyinin həllində qanunvericiliklə yanaşı, icra strukturlarının beynəlxalq təcrübəyə uyğun iş planının hazırlanmasının vacib olduğu vurğulanıb. Həmçinin ilkin diaqnostikanın xəstələr üçün əlçatan olması, neonatal skrininq, genetik araşdırma, ictimaiyyətin, həkim və tibb personalının maarifləndirilməsi üçün ölkəmizdə kistoz fibroz mərkəzlərinin yaradılmasına dair tədbirlər planının hazırlanması məqsədilə təkliflər irəli sürülüb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

