"Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər" mövzusunda vebinar keçirilib
12.11.2021 16:33

Noyabrın 12-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər" mövzusunda vebinar keçirilib.

 

“Zoom" platforması üzərindən onlayn formatda təşkil edilən konfrans 14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunub.

 

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev şəkərli diabetin insanların sağlamlığı üçün ciddi xəstəlik olduğunu qeyd edib. O, bu xəstəliklə mübarizə yollarından, diabetlə birgə mübarizənin vacibliyindən danışıb, əhalinin bu xəstəliklə bağlı maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 

İsmayıl Əfəndiyev bildirib ki, hazırda koronavirus (COVID-19) pandemiyası zamanı ürək, qan-damar sistemi xəstəliklərindən sonra şəkərli diabet xəstəliyi olanlar ikinci böyük risk qrupuna daxildirlər. Karantin qaydalarına görə onların daha çox qapalı məkanda olması, immun sistemlərinin zəifləməsi, qidalanmadakı müəyyən problemlər və s. diabetin inkişafı riskini daha da artırır.

 

“Müxtəlif hesablamalara görə, hər il 1 milyondan 5 milyonadək insan şəkərli diabet xəstəliyindən həyatını itirir və bu rəqəm ilbəil daha da çoxalır”, - deyə rəis müavini bildirib.

 

Həkimin sözlərinə görə, hazırda diabet xəstələri onlarda inkişaf edən ağırlaşmalar səbəbindən - korluq, ətrafların itirilməsi, müxtəlif ürək, damar problemləri ilə əlaqədar olan fəsadlara görə ölüm səbəblərinin ilk 3-lüyünə daxildirlər.

 

Çıxışının sonunda İsmayıl Əfəndiyev aktual mövzuya həsr olunmuş vebinarın işinə uğurlar arzulayıb. O, tədbir iştirakçılarını Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən hazırlanan müxtəlif elmi proqramlarda aktiv iştirak etməyə çağırıb.

 

Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov çıxış edərək bu xəstəliyin bütün dünyada geniş yayıldığını bildirib, diabetin insan orqanizminə vurduğu zərərlər barədə danışıb.

 

Rəşad Mahmudov şəkərli diabet xəstələrinin problemlərinin dövlətin diqqət mərkəzində olduğunu, xəstələrin keyfiyyətli insulinlə təmin edildiyini söyləyib: “Bu gün diabet dünyada aktuallığını artıran ictimai səhiyyə problemidir. Beynəlxalq Diabet Federasiyasının məlumatlarına əsasən, diabet xəstələrinin sayı 2035-ci ilədək bugünkü rəqəmləri 35-40 faiz üstələyəcək. Diabetin bilinən fəsadları artacaq və bu da müalicə xərclərinin artmasına gətirib çıxaracaq”.

 

Diabetə qarşı mübarizənin ən səmərəli üsulunun bu istiqamətdə maarifləndirmə işi aparmaq olduğunu deyən Səhiyyə komitəsinin sədr müavini bugünkü tədbirin əsas məqsədinin ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə sağlam həyat tərzini təşviq etmək olduğunu bildirib. Qeyd edib ki, bu kimi mühüm elmi tədbirlər ölkədə səhiyyə siyasətinin həyata keçirilməsinə təkan verməklə yanaşı, həm də icbari tibbi siğortanın daha effektiv tətbiqinə imkan yaradacaq.

 

Sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutununun Terapiya kafedrasının müdiri, Azərbaycan Endokrinologiya Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Beynəlxalq Diabet Federasiyasının daimi üzvü, tibb elmləri doktoru, professor Valeh Mirzazadənin videomüraciəti təqdim edilib.

 

Videomüraciətdə bildirib ki, dünyada diabetli xəstələrin sayı 463 milyondur. 2045-ci ildədək bu xəstəliyə tutulmuş insanların sayının 700 milyona çatacağı gözlənilir. Təkcə bu statistika şəkərli diabetin tibbi-sosial əhəmiyyətini bir daha sübut edir.

 

Sürətlə artan bu xəstəliyin ciddi sosial problemlər yaratdığı, müalicə olunmazsa ölümlə nəticələnə biləcəyi də videomüraciətdə diqqətə çatdırılıb. Qeyd olunub ki, builki statistikaya görə, ölkəmizdə dispanser qeydiyyatda 300 minə yaxın diabet xəstəsi var.

 

Vebinarda “Kardiovaskulyar (damar) xəstəlikləri və diabet”, “Diabetik nefropatiya”, “Diabetik retinopatiya”, “Koronaviruslu xəstələrdə diabetin idarəedilməsi” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Tədbir çərçivəsində, həmçinin həkimlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün interaktiv sual-cavab sessiyaları təşkil olunub.

Vebinar Mərkəzi Gömrük Hospitalının rəsmi “Facebook” səhifəsi üzərindən də yayımlanıb.

 

Proqramın 80 faizini tamamlayan iştirakçıya onlayn sertifikat veriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib