Azərbaycan alimləri rusiyalı həmkarları ilə qocalmaya dair tədqiqatlar aparıblar  
11.10.2021 17:08

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və D.O.Ott adına Mamalıq, Ginekologiya və Reproduktologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının birgə elmi-tədqiqat layihəsi 2021-ci ildə uğurla başa çatıb.

 

“Bukkal epitelidə siqnal molekulların ekspressiyası: homeostazın stabilliyinin qiymətləndirilməsi və sosial-əhəmiyyətli insan xəstəliklərinin diaqnostikası və proqnozunun optimallaşdırılması üçün markerlər panelinin işlənilməsinə yeni yanaşmalar” adlanan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə həyata keçirilib.

 

Birgə layihənin Azərbaycan tərəfdən rəhbəri Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sözlərinə görə, aparılan tədqiqatların nəticələri bir sıra sosial əhəmiyyətli, o cümlədən qocalma ilə bağlı xəstəliklərin molekulyar markerlər əsasında qeyri-invaziv diaqnostikası üçün bukkal epiteli nümunələrinin istifadəsinə yol açır. Rusiya Federasiyasının nüfuzlu  jurnallarında (“Molekulyar Tibb Jurnalı”, “Kliniki Patofiziologiya”) rusiyalı alimlərlə birgə layihəyə dair məqalələr çap olunub. Beynəlxalq səviyyəli yüksək impakt faktorlu “Beynəlxalq Molekulyar Elmlər Jurnalı”nda (“International Journal of Molecular Sciences”, IF 4.556) qocalma proseslərinin yaş xəstəlikləri fonunda qiymətləndirilməsi üçün melatonin və sirtuin molekullarının biomarkerlər kimi istifadəsinə həsr olunmuş məqalə artıq işıq üzü görüb.

 

Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri direktoru, professor Ulduz Həşimovanın Azərbaycan-Rusiya birgə layihəsinin uğurla başa çatmasında layihənin təşəbbüskarı kimi və elmi-təşkilati dəstəyi xüsusi rol oynayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır