Aİ-ÜST layihəsi çərçivəsində Azərbaycan səhiyyəsinə dəstək göstərilir (FOTO)
08.10.2021 22:16

Aİ-ÜST layihəsi COVID-19 kontekstində Azərbaycanda uzunmüddətli psixi sağlamlıq xidmətləri göstərən səhiyyə müəssisələrini dəstəkləyir.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

 

COVID-19 pandemiyası səhiyyə sistemləri və müəssisələri üzərində əlavə yük yaradıb. Xüsusilə, həssas qrup olan uzunmüddətli müalicə müəssisələrindəki pasiyentlər, artan infeksiya riski və COVID-19 pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərdən daha çox əziyyət çəkirlər.

 

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində ÜST Azərbaycan və ÜST-ün Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin ekspertləri Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 1 nömrəli Psixonevroloji Sosial Xidmət Müəssisəsində COVID-19 hallarının idarə edilməsi və infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin qiymətləndirilməsini aparıb. Bu müəssisələr ölkədə psixi sağlamlıq xidmət göstərən ən böyük səhiyyə müəssisələridir.

 

Qiymətləndirmə, COVID-19-un pasiyentlərin gündəlik həyatına təsir etdiyi sahələri anlamaq, infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin həyata keçirilməsi, COVID-19-a yoluxmuş pasiyentlərin müəyyənləşdirilməsi və idarə edilməsində dəstəyə ehtiyac duyulan sahələri müəyyən etmək, uzunmüddətli müalicə müəssisələrinə gərəkli olan hallarda digər səhiyyə xidmətlərinin əldə edilməsində dəstək olmaq məqsədi daşıyıb.

 

Layihə çərçivəsində əl gigiyenası stansiyaları, əl dezinfeksiyaediciləri və məlumatlandırıcı posterlərin verilməsi ilə bu uzunmüddətli müalicə müəssisələrində infeksiyaların profilaktikası və nəzarəti tədbirlərinin yaxşılaşdırılmasına dəstəyin davam etdirilməsi planlaşdırılır.


Milli tərəfdaşlarla əvvəlki müzakirələr nəticəsində, həmçinin, pandemiya zamanı uzunmüddətli müalicə müəssisələrində xəstələrə psixososial dəstəyə ehtiyacın artdığı qeyd olunub. Bunu nəzərə alaraq, sentyabrın 1-dən başlayaraq, Aİ-ÜST layihəsi pandemiyanın təsirinə qarşı mübarizə qabiliyyətlərini artırmaq məqsədilə yuxarıda qeyd edilən səhiyyə müəssiələrində çalışmaq üşün 3 psixoloq və 3 sosial işçi göndərib. Sentyabrın birindən fəaliyyətə başlayan mütəxəssislər 6 ay ərzində tibb işçilərinin psixi sağlamlıq və psixo-sosial dəstək sahəsində bilik və bacarıqların artırılması sahəsində çalışacaqlar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır