Dondurulmuş qida istifadə edirsinizsə, BUNLARI BİLMƏLİSİNİZ!
08.10.2021 10:25
Gərgin iş rejimi səbəbiylə, bir çoxlarının yemək hazırlamağa vaxtı qalmır və bu halda köməyə dondurulmuş qida gəlir. Çünki dondurulmuş qidanın hazırlanması çox tezdir. Bəs necə edək ki, bu qida sağlamlığımıza zərər verməsin?
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu maarifləndirici məlumat paylaşıb.
 
Həkim bildirib ki, Cleveland dietoloqlarının dondurulmuş qida ilə bağlı hazırladığı 8 əsas məsləhətə riayət edərək, sağlamlığını qorumaq olar:
 
- Qidanın tərkibi önəmlidir. İlkin olaraq aldığınız dondurulmuş qidanın “içindəkiləri” hissəsini diqqətlə oxuyun. Əgər içindəkiləri ən az 7 növ məhsuldan ibarətdirsə, demək həqiqi məhsul yemək şansınız artır və bu qidanın tərkibində kanserogen, konservant, əlavə qida olma ehtimalı azalır.
 
- Qidanızı lazımi məhsullarla tamamlayın. Sağlam yemək adlandırdığımız qida ət və müxtəlif tərəvəzlərlə zəngin olmalıdır. Əgər əldə etdiyiniz dondurulmuş qidada bunlardan hər hansı yoxdursa, o zaman yemək zamanı mütləq əlavə edib qidalanın.
 
- Tam taxıllı qidaları seçin. Yeməklərinizdə 100% tam taxıllı məhsullara üstünlük verin. Tam taxıllı məhsullar olmadıqda, siz bunları paxlalılar sinfindən olan məhsullarla (noxud, lobya, mərci və s.) əvəz edə bilərsiniz.
 
- Dondurulmuş qida seçərkən həm tərkibinə, həm də kaloriyasına diqqət etmək lazımdır. Xüsusilə arıqlamaq istəyənlər buna diqqət etməlidir, çünki dondurulmuş qida çox hallarda yüksək kalorili olur.
 
- Liflə zəngin qida. Lif çox faydalı qida maddəsidir. Lifli məhsulların qəbulu həzm sistemini asanlaşdırır və uzun müddətlik toxluq hissi verir. Qeyd edək ki, dondurulmuş və emala məruz qalmış yeməklərin çoxunda liflər olmur. Gün ərzində almalı olduğumuz lif miqdarı 25-35 qramdır. Bu səbəbdən dondurulmuş qida qəbul edirsinizsə, yanında tərəvəzlərdən kök, kələm istifadəsini unutmayın.
 
- Nişastaya diqqət edin. Çalışın tərkibində yalnız nişasta olan yeməklərdən istifadə etməyəsiniz. Bunlara misal olaraq, ağ undan hazırlanmış makaron çeşidləri. Əgər bu tip yeməkləri həddindən çox istəyirsinizsə, o zaman boşqabın 1/3 hissəsi qədər olmalıdır. Digər 2 hissə tərəvəz salatı və zülalla zəngin məhsul olmalıdır (məsələn, qaynadılmış yumurta).
 
- Duz və doymuş yağların yeməklərə əlavəsinə diqqət edin. Dondurulmuş yeməklər həddindən artıq çox miqdarda doymuş yağ və natrium ilə zəngin olur. Misal olaraq, 1 paket dondurulmuş yeməkdə 700 qram natrium və 4-5 qram doymuş yağ olur. İstifadə edə biləcəyimiz maksimum doymuş yağ miqdarı 600 qram və natrium miqdarı 3 qramdır.
 
- Trans yağlara və şəkərə yox deyək. Dondurulmuş qidaların tərkibinə əlavə edilən çox miqdarda trans yağların və şəkərin sağlamlığınız üçün böyük təhlükə olduğunu unutmayın. Qeyd edək ki, bir çox “Sağlam qida“ adı altında satılan dondurulmuş yeməklərdə trans yağlar və həddindən çox miqdarda şəkər mövcuddur. Bu səbəbdən etiketin üstündəki böyük hərflərlə yazılan “Sağlam” sözünə aldanmayın, xırda hərflərlə yazılan tərkibini diqqətlə oxuyun. Çünki bəzən bu trans yağları və şəkəri kodlaşdırılmış adlarla yazırlar.
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər