Ürək qapağı əməliyyatından sonra nələrə diqqət edilməlidir?
30.04.2024 12:18

Təmir edilmiş və ya dəyişdirilmiş ürək qapağı təbii qapağı təqlid etsə də, heç vaxt eyni deyil.

 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 

Həkim bildirib ki, ürək qapağının təmiri və ya dəyişdirilməsi əməliyyatından sonra sağlamlığınızı qorumaq üçün diqqət etməli olduğunuz məqamlar var.

 

O, ürək qapağı əməliyyatından sonra nələrə diqqət edilməli olduğunu da açıqlayıb:

"Mütəmadi olaraq həkim müayinəsinə getməyi unutmayın;
Dərmanlarınızı müntəzəm və vaxtında qəbul edin. Bir doza qəbul etməyi unutsanız, növbəti dəfə 2 doza qəbul etməyin;
Çəkinizi izləyin. Gündə 1-1,5 kiloqramdan artıq çəki itirirsinizsə, mütləq həkiminizə məlumat verin;
Sağlam pəhrizə əməl etmək edin. Bol su için;
Nizamsız və sürətli ürək döyüntünüz varsa (istirahətdə dəqiqədə 120-dən çox), həkiminizə bildirin;
Ürək qapaqlarını ciddi şəkildə zədələyə bilən yoluxucu endokardit kimi xəstəliklərdən qorunun;
Bütün həkimlərinizə və stomatoloqlarınıza ürək qapağı xəstəliyiniz olduğunu söyləyin;
Ürək qapağınız mexaniki qapaqla dəyişdirilibsə və ya aritmiyanız varsa, ömür boyu qan durulaşdırıcılardan istifadə etməli olduğunuzu unutmayın".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır