ATU-nun professoru ağır əməliyyatı uğurla həyata keçirib - FOTO
07.09.2021 11:54
“Erkən diaqnostika olunmadıqda ölümlə nəticələnə bilən bağırsaq keçməzliyi mexaniki və qeyri-mexaniki olur. İcra edəcəyimiz növbəti cərrahi əməliyyat da çox ciddi və həm də risklidir. Düşünürəm ki, xəstə düşdüyü ağır bəladan bu yolla xilas olacaq”.
Aztibb.az xəbər verir ki, bu sözləri növbəti əməliyyat öncəsi Səhiyyə Nazirliyinin baş cərrahı, ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev deyib.
Professor bildirib ki, əməliyyat olunacaq xəstə Quba rayonundan təcili qaydada ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib: “Onu öncə rayon xəstəxanasında kompüter tomoqrafiya ediblər və kəskin bağırsaq keçməzliyi diaqnozu qoyduqdan sonra bizim klinikaya göndəriblər. Biz bir-iki gün ərzində kəskin bağırsaq keçməzliyi əlamətlərini aradan qaldırdıqdan sonra xəstəni əməliyyata götürdük. Qeyd edim ki, xəstənin düz bağırsağına keçən yerdə kəskin irinli iltihabi proses divertukilit və buna bağlı ətraf parakolik nahiyənin absesi ilə əlaqədar kəskin bağırsaq keçməzliyi yaranmışdı. Sol tərəfli emkoliktamiya, yəni nəzər bağırsağın rezeksiyası əmələ gəlib. İndi biz enən çənbər bağırsaqla düz bağırsağın arasında birincili anastomaz qoyacağıq. Onu da bildirim ki, yoğun bağırsağın sol yarısında kəskin bağırsaq keçməzliyi iltihabı prosesi zamanı şiş fonunda anastomaz qoymaq bir az risklidir.
Amma biz bu sahədə təcrübəmizə arxayın olaraq və Tədris Cərrahiyyə Klinikasının potensial imkanlarını nəzərə alaraq, burada enən çənbər bağırsaqla düz bağırsağın arasında birincili anastomaz qoymaq fikrindəyik. Düşünürəm ki, anastomaz tutar və xəstə sol tərəfə yoğun bağırsaq çıxarılmasından, yəni talostoma adlı ağır bir bəladan bu yolla xilas olar. Burada məqsəd ondan ibarətdir ki, yoğun bağırsaq stoma şəklində çölə çıxarılmasın, çünki bu, xəstə üçün olduqca çətin bir məsələdir. Çünki xəstənin 2-3 ay müddətində yoğun bağırsağın çölə çıxarılmış hissədən nəcis forması bağlanmalıdır. Ona görə də bu üsul xəstə üçün böyük bir diskomfortdur və biz də təcrübəmizə əsaslanaraq, xəstəyə birincili anastomaz qoymaq qərarındayıq”.
Əməliyyatın təxminən 3 saat davam edəcəyini söyləyən cərrahın sözlərinə görə, bağırsaq keçməzliyi çox ciddi bir problemdir və ona hər yaşda olan insanlarda rast gəlinir. Əgər bağırsaq keçməzliyi vaxtında və düzgün müalicə olunmazsa, ölümlə nəticələnə bilər.
Bu bölməyə aid digər xəbərlər
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
11.08.2026 | 13:25
Qonoreya 3 dəfə, sifilis 2 dəfə artıb - Avropada cinsi yolla ötürülən infeksiyaların kəskin artımı qeydə alınıb
11.08.2026 | 10:24
Yeni Klinikada qabaqcıl Avropa tibbi təcrübəsinin tətbiqi imkanları müzakirə olunub
11.08.2026 | 09:45
ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
10.08.2026 | 18:18
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat
08.08.2026 | 16:06
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
07.08.2026 | 17:02
70 yaşlı pasiyent üzərində total diz oynağının endoprotezləşdirilməsi əməliyyatı icra olunub
07.08.2026 | 16:39
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
07.08.2026 | 15:59
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
07.08.2026 | 15:50
Yoğun bağırsağın bədxassəli şişi və hissəvi bağırsaq keçməzliyi diaqnozu qoyulan pasiyent uğurla əməliyyat olunub
07.08.2026 | 13:32
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb
06.08.2026 | 18:49
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
07.08.2026 | 15:59
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
03.08.2026 | 10:21
Neftçalada "Yaralanmalar zamanı ilk yardım və kütləvi xəsarətlər zamanı triaj qaydaları" adlı təlim keçirilib
03.08.2026 | 14:12
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
03.08.2026 | 11:06
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər
06.08.2026 | 14:38
Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir
02.08.2026 | 18:48
Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib
02.08.2026 | 16:49
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
11.08.2026 | 13:25
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
03.08.2026 | 11:36
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
04.08.2026 | 18:14
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
04.08.2026 | 09:33
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
07.08.2026 | 12:54
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
07.08.2026 | 15:50
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
04.08.2026 | 18:28

